“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır” - deputat

19-11-2019, 16:42           
“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır” - deputat
Deputat Fazil Mustafa Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklər zamanı dedi ki, əgər dövlət başçısının imzaladığı fərmana uyğun olaraq addımlar atılsaydı, Azərbaycanda mükəmməl məhkəmə islahatlarına nail olmaq olardı. Ancaq deputat onlara təqdim olunan sənədə tənqidi yanaşdı və “bunun islahat adı ilə təqdim olunması məntiqli görünmür”, deyə, bildirdi.

F.Mustafa qeyd etdi ki, hazırda Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı bir çox işlərə baxılır: “Ya bizim hakimlər bizim qanunalarımızı avropadakılardan aşağı səviyyədə bilirlər, ya da Avropadan hakimlər gətirməliyik ki, onlar qərar qəbul etsinlər”. Deputat dedi ki, digər məhkəmə instansiyalarda cəzalandırma mexanizmi olduğu halda, işləri Avropa Məhkəməsinə gedən Ali Məhkəmə hakimləri səhv edirsə, cəza mexanizmi yoxdur.

F.Mustafa dedi ki, özəl ekspertizanın yaradılması vacibdir: “Çünki rəsmi ekspertiza qurumlarına inam azalıb”. Ardınca hakimlərin təminatından da danışdı: “Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır”.

Deputat digər vacib məqama da diqqət çəkdi. Dedi ki, məhkəmə ədalətinin olması həm də dövlətin yükünün azaldılması demək olacaq: “Rusiyada 200 mindən artıq məhbus var. Düşünürlər ki, necə edək, məhbusların sayını 10 faiz azaldaq. Bir məhbusun saxlanması 6-7 min avroya başa gəlir. 10 fazi azalanda 150 milyon qənaət olunur”. F.Mustafa ölkəmizdəki məhbuslarla bağlı narahatedici faktı xatırlatdı: “Məhbusların 60 faizi narkomaniya ilə bağlı cəza çəkir. Müalicə infrastru olmadığna görə onu həbsə artırıq. O isə içəridə 30 faizi də yoluxdurur, ona görə də içəridən salamat çıxan adam olmur”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.