Millət vəkili: "AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır"

5-06-2020, 21:11           
Millət vəkili: "AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır"
“Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışında bir çox məsələlərə aydınlıq gətirdi. Dövlət başçısının xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycan xalqının eşitmək istədiyi fikirlərdir və tam reallığı əks etdirir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib.

Millət vəkili deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas vəzifəsi insan hüquq və azadlıqlarını qorumaqdır: “AŞPA Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinspiallıq göstərmədi. Əksinə, Avropa Şurası son 20 ildə Azərbaycana qarşı qərəzli münasibətini sistemli olaraq biruzə verdi. Bu da Avropa Şurasının daxilindəki ermənipərəst qüvvələrin, o cümlədən bu coğrafiyada Azərbaycanın ən güclü dövlət olmasını arzulamayan dairələrin apardığı təbliğatın nəticəsidir. AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır. Ermənistanda keçirilən prezident seçkilərindən sonra dinc aksiyaçılara qarşı polis və hərbçilərin zorakılıqlar nəticəsində 38 nəfər dünyasını dəyişmişdi. Ancaq buna baxmayaraq, çox təəssüflər olsun ki, AŞPA Ermənistanda keçirilən seçkilərə müsbət rəy verdi”.

N.Məhəməliyev qeyd edib ki, BMT tərəfindən qəbul edilmiş Azərbaycanın torpaqlarında, işğal edilmiş ərazilərimizdə də bir müddət əvvəl qondama “seçki şousu” təşkil edilib: “Ancaq əksər beynəlxalq təşkilatlardan fərqli olaraq, AŞPA bu “seçki şousu” qarşısında susqunluq nümayiş etdirdi. Bu da ikili standartlardan və xristian təəssübkeşliyindən irəli gəlir. Avropa Şurası heç vaxt işğalçını öz adı ilə çağırmadı. 1 milyon qaçqın və köçkünümüz bir tərəfdə qalıb, Azərbaycan daxilindəki "beşinci kolon"un nümayəndələrinə, dağıdıcı qüvvələrə isə dəstəklərini əsirgəmirlər. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” beynəlxalq hüquqa zidd olmaqla bərabər, həm də koronavirus pandemiyası ərəfəsində keçirildi. Əslində digər beynəlxalq təşkilatlardan da öncə məhz Avropa Şurası bu qondarma “seçkilər”i tanımadığı barədə bəyanat verməli idi. Digər tərəfdən, dünyanın faşizm ideologiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın paytaxtı Hitlerlə yaxından əməkdaşlıq edən, dinc insanlara qarşı kütləvi qırğınlarda iştirak edən Qaregin Njdeyə böyük bir abidə qoyulub. Avropa məkanında bu kimi hallara qarşı qəti mövqe ortaya qoyan Avropa Şurası Ermənistanda Qaregin Njdeyə böyük bir abidə qyulması qarşısında da susur. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, buna münasibətdə də ikili standartlar nümayiş etdirilir”.

Millət vəkili qeyd edib ki, bütün bu səbəblərdən Azərbaycan xalqı Avropa Şurasına olan ümidlərini itirir: “Avropa Şurası fəaliyyətini gözdən keçirməli. Azərbaycana qarış ədalətli mövqe sərgiləməlidir. O da nəzərə alınmalıdır ki, dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycanın bir çox ölkələrə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan digər ölkələrə nümunə olaraq göstərilib. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümümdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib. Bunların fonunda Avropa Şurasının mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir. Avropa Şurası Azərbaycana münasibətdə ədalətli mövqe ortaya qoymalıdır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.