Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?

16-07-2019, 15:02           
Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?
Hazırda Feysbukda çoxları provokatorlara atəş açmayan sərhədçi haqqında qəzəbli statuslar paylaşır. Hesab edirəm ki, o, tamamilə doğru hərəkət etdi. Belə ki, bu provokasiya genişmiqyaslı konfliktin alovlandırılması üçün istifadə ediləcək qurbanın yaradılmasına hesablanmışdı.

Bu sözləri öz Feysbuk səhifəsində Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov paylaşıb.

“Mənə “Reqnum” agentliyindən zəng etdilər və yaranan situasiyanı (Keşikçidağla bağlı – red.) şərh etməyimi xahiş etdilər. Müsahibəmdə dedim ki, yaranan situasiyadan faydalananlar və bəlkə də onun sifarişçiləri ermənilər və Rusiyadakı erməniyönlü qüvvələrdir. Onların hədəfi isə Azərabycan üçün Gürcüstandan “ikinci cəbhə”nin açılışıdır.

Türkiyə, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı çoxlarını narahat edir. Gözlənildiyi kimi, “Reqnum” açıqlamanı çap etməkdən imtina etdi. Ona görə də mənim məsləhətim emosiyaları kənara qoyub, bunun kimə faydalı olacağını düşünmək və provokatorların tələsinə düşməməkdən ibarətdir. Əsgərə isə halaldır”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın “Reqnum” saytı erməniyönlü mövqeyi ilə seçilir və Keşikçidağ hadisələrinin dəqiq təhlilində deyil, insidentin yaranmasında maraqlı tərəf kimi çıxış edir. (axar.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.