Düşmən tərəf yerli ictimai rəyi belə tarazlayır... - Ənənəvi hürüş...

14-08-2019, 17:06           
Düşmən tərəf yerli ictimai rəyi belə tarazlayır... - Ənənəvi hürüş...
Azərbaycan Dövlət Sərhəd Xidməti bölmələrinin Qazax rayonu ərazisində irəliləməsinə Ermənistan Müdafiə Nazirliyi münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan məsələ ilə bağlı açıqlama verib.
Artsrun Hovhannisyan bildirib ki, cəbhə xəttində mövqelərin dəyişməsi müntəzəm haldır, lakin Azərbaycandan fərqli olaraq, biz bunu açıqlamırıq: "Çünki döyüş tapşırığında məqsədimiz hər hansı bir hərəkəti reklam etmək deyil. Məqsədimiz düşmən üzərində əməliyyat üstünlüyünü saxlamaqdır"
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi əlavə etdi ki, əgər Azərbaycan tərəfi bu cür hərəkət etməyə davam edərsə, onda Ermənistan silahlı qüvvələri onlar üçün "sürpriz" olacaq addımlar atacaq.

DİA.AZ bildirir ki, hər halda düşmən tərəfdən başqa cür izahat gözlənilən deyildi. Atalar yaxşı deyib: hürən it tutmaz... Yetərincə hürsünlər və bir gün ayılıb ordu karvanımızı qapılarında görəcəkləri şəkksizdir...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.