"Bu, şeirlərlə, əl sıxmaqla başa gəlmir" - İsrailli politoloqdan Qarabağ açıqlaması

17-09-2019, 18:38           
"Bu, şeirlərlə, əl sıxmaqla başa gəlmir" - İsrailli politoloqdan Qarabağ açıqlaması

Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi halında bərqərar ola bilər.

Teref.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında gözlənilən görüşlə bağlı fikirlərini bölüşən israilli politoloq, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib.

O, münaqişənin yalnız danışıqların formatını dəyişdirməklə həll etməyin mümkün olmayacağını qeyd edib: “Bu görüşlər mütəmadi olaraq keçirilir. Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi, habelə Ermənistanın ərazi məsələsində güzəştə razılaşması halında bərqərar ola bilər. Sülh şerlərlə, əl sıxmaqla başa gəlmir, konkret dəyişiklərə gedilməlidir”.

Ekspert qarşıdakı görüşün artıq 30 ildən artıqdır davam edən danışıqlar prosesinə hər hansı dəyişiklik gətirəcəyinə inanmadığını da diqqətə çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.