Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər

10-10-2019, 05:38           
Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər
Moskva və Pxenyan ayın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KXDR-ə səfərinin təşkili imkanlarını araşdırırlar.

Trend-in məlumatına görə, səfər zamanı Şoyqu Xalq Silahlı Qüvvələri naziri No Qvan Çxol ilə görüşməyi planlaşdırır. Tərəflərin ABŞ və KXDR arasındakı denuklearizasiya ilə bağlı danışıqları fonunda müdafiə sektorundakı əməkdaşlığı, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. NHK telekanalının məlumatına görə, Pxenyana səfərdən əvvəl Rusiya müdafiə nazirliyinin rəhbəri Çinə də səfər edəcək.

Qeyd edək ki, Şoyqu və No Qvan Çxol apreldə Moskva beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində bir araya gəlmişdirlər.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.