BMT Baş Məclisində Türk Şurasına müşahidəçi statusunun verilməsi istiqamətində iş davam edir

14-10-2019, 12:41           
BMT Baş Məclisində Türk Şurasına müşahidəçi statusunun verilməsi istiqamətində iş davam edir
“Bugünkü görüşümüz Naxçıvanda Türk Şurasının yaradılması ilə bağlı imzalanmış sazişin 10 illiyinə təsadüf edir”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının toplantısında Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov deyib.

O bildirib ki, Türk Şurasında fəaliyyət qarşılıqlı etimada əsaslanır: “Türk Şurasının Xarici İşlər Nazirlər Şurasının iclası bərabərlik, etibarlılıq və qarşılıqlı etimad əsasında əməkdaşlığın inkişafına təkan verir. BMT Baş Assambleyasında Türk Şurasına müşahidəçi statusunun verilməsi istiqamətində iş davam edir”.

Nazir qeyd edib ki, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü kiçik və orta biznesin inkişafına həsr olunacaq: “2019-cu ilin may ayında Qazaxıstanda Türk Şurası Ticarət Palatası yaradılıb və iyun ayında İstanbulda açılış mərasimi keçirilib”.

Ç. Aydarbekov diqqətə çatdırıb ki, Qırğız Respublikası Türk Şurasında əməkdaşlığın inkişafı üçün töhfələrini əsirgəməyəcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.