Meksika Evo Moralesə siyasi sığınacaq verib 12-11-2019, 08:19 Meksika hakimiyyəti Boliviya prezidenti vəzifəsindən istefaya gedən Evo Moralesə siyasi sığınacaq vermək qərarına gəlib.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard deyib.M.Ebrard bildirib: "Meksika XİN cənab Evo Moralesə humanitar səbəblərdən siyasi sığınacaq vermək qərarına gəlib". Facebook-da paylaş