Kanadanın Toronto şəhərinin mərkəzində azərbaycanlıların etiraz aksiyası baş tutub.

13-11-2019, 06:25           
Kanadanın Toronto şəhərinin mərkəzində azərbaycanlıların etiraz aksiyası baş tutub.
“ Azerbaijani Community of Ontario “ tərəfindən erməni kilsəsi önündə qaldırılan qondarma “bayrağa” etiraz olaraq 100-lərlə azərbaycanlı soydaşımızın da iştirakı ilə polis müşaiyəti altında icazəli mitinq baş tutmuşdur.
Mitinq “Qarabağa Ədalət ” , “kilsə önündən bayraq dərhal götürülsün” şüarları altında baş tutmuşdur. Etiraz aksiyasında Azərbaycan , İngilis və Fransız dillərində çıxışlar olmuş və erməni həqiqətləri Kanada ictimaiyyətinə çatdırılmışdır.
Erməni mətbuatının da diqqətindən yan keçməyən bu hadisə artıq 6 erməni mediasında yayımlanmış və həmin media portallarında da saxta informasiyalarla insanları aldatmağa yönəlik məlumatlar paylaşılmışdır.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.