Patriarx Kirill xristianlara qarşı soyqırım baş verən ölkədən danışdı

14-11-2019, 22:10           
Patriarx Kirill xristianlara qarşı soyqırım baş verən ölkədən danışdı
Patriarxın sözlərinə görə, dünya ölkələrinin I, II, III ölkələrə bölünməsinə son qoymağın vaxtı çatıb.
"Yaxın Şərqdə yaşanan böhran kütləvi miqrasiyaya səbəb olub. Çox təəssüf ki, heç də bütün miqrantların hamısı getdikləri ölkələrdə yerli əhali ilə qarşılıqlı münasibətə hazır olmurlar. Çoxlarında elementar dini, xalqlararası ünsiyyət mədəniyyəti çatışmır. Ona görə də bugünkü sammit kimi təşəbbüslər olduqca önəmlidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Dünya dini lidelərinin II Bakı Sammitində çıxış edən Moskva və Bütün Rusiyanın patriarxı Kirill bildirib.

O deyib ki, bu gün cəmiyyət arasında sekulyarizm daha da genişlənərək yayılır: "Bu da dini mövcudluğu şübhə altına alır. Sekulyar ideyanın tərəfdarları düşünürlər ki, dindən imtina bütün xalqların rifahı üçün yaxşı ola bilər. İnformasiya texnologiyaların yüksək inkişafı nəticəsində cəmiyyətdə aktiv şəkildə dini təşkilatların köhnəlmiş və dar düşüncə təlqin etməsi obrazı yaradılır. Dinlə yanaşı, ənənəvi dəyərlər, nikah, qadın və kişinin birliyi, doğulandan ölənə qədər insan həyatının toxunulmazlığı ilə bağlı dəyərlər də tənqid olunur. Bu növ yanaşmanı ictimai şəkildə tənqid etmək gücünü özündə tapan şəxslər isə sekulyar ideologiyanın tərəfdarlarını dözümsüzlükdə günahlandırırlar. Biz vaxtilə xristianlığın qalası olan və hazırda sürətlə öz identikliyini itirən Avropadakı vəziyyəti dərin üzüntü ilə izləyirik. Dini liderlər bir mövqedən çıxış edərək siyasi liderlərə müraciət etməlidirlər ki, geosiyasi məqsədləri daha zəif, o cümlədən zəif ölkələr hesabına həll etməkdən imtina etməlidirlər. Enerji resurslarının məsuliyyətsiz şəkildə bölünməsini dayandırmaq lazımdır".

Onun sözlərinə görə, dünya ölkələrinin I, II, III ölkələrə bölünməsini dayandırmaq lazımdır: "Daha inkişaf etmiş, imkanlı ölkələr bəşəriyyətin taleyinə dair öz məsuliyyətlərini dərk etsinlər. Bu ölkələr qlobal düzənin diktatoru yox, təhlükəsizliyin və sabitliyin qarantı olmalıdırlar. Təcrübə göstərir ki, bir ölkənin tarixini, mədəniyyətini başqa ölkəyə tətbiq etməsi müsbət nəticələnmir. Xalqların azadlığı birgə yaşayışın təhlükəsizlik və dinc şəkildə yaşamasının qarantıdır. Çox istəyərdik ki, yoxsul ölkələrdə təbii resursların yırtıcı formada talanması və ətraf mühitin çirklənməsi dayandırılsın. Biz tanrının yaratdıqlarına görə məsuliyyət daşıyırıq. Mən öz çıxışımda dini azlıqların təqibi məsələsinə diqqət ayırmaq istəyirəm. Yaxın Şərqdə xristianlığın mövcudluğuna bərpa olunmaz şəkildə ziyan vurulur. Tarix göstərir ki, müsəlmanlar, xristianlar, yəhudilər əsrlər boyu bu torpaqlarda birgə yaşayıblar. Bu gün onlar bərabər şəkildə sülhün qorunmasına görə eyni şəkildə məsuliyyət daşıyırlar".

"Xristianların təqibindən danışarkən Afrika problemini də nəzərdən qaçırmaq mümkün deyil. Cənubi Saxarada olan bir sıra ölkələr ekstremist qrupların nəzarətsiz fəaliyyətindən əziyyət çəkirlər. Xüsusilə də Nigeriyada xristianlara qarşı əsl soyqırım həyata keçirilir. Mən bütün xeyirxah insanları Afrikadakı xristianların problemlərini diqqətdən kənarda saxlamamağa dəvət edirəm. Əminəm ki, dini liderlər dialoq yolu ilə bu gün insanlığın, bəşəriyyətin qarşılaşdığı problemlərə ciddi təsir edə bilərlər. Bizim səsmiz birgə və həmrəy olduğumiuz təqdirdə inandırıcı olacaq",- deyə Kiril əlavə edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.