KXDR denuklearizasiya barədə danışıqlardan imtina edib – «Əgər Vaşinqton kursunu dəyişməsə…»

18-11-2019, 03:22           
KXDR denuklearizasiya barədə danışıqlardan imtina edib – «Əgər Vaşinqton kursunu dəyişməsə…»

s koreyaKoreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarını (ABŞ) münasibətlərin yaxşılaşması xatirinə təxribatlardan çəkinməyə və «düşmənçilik siyasətindən» əl çəkməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) guya, Şimali Koreyada insan haqlarının pozulması barədə qətnaməsini KXDR XİN-i belə şərh edib. Pxenyanda əmindirlər ki, sənədi BMT-yə ABŞ «soxuşdurub».
Əgər Vaşinqton öz kurusnu dəyişməsə, KXDR Koreya yarımadasının denuklearizasiyası barədə danışıqları davam etdirmək niyyətində deyil.

«Hətta gələcəkdə ABŞ və KXDR arasında dialoq başlasa belə, denuklearizasiya heç vəchlə müzakirə olunmayacaq – nə qədər ki, ABŞ öz düşmənçilik siyasətindən əl çəkməyib» - deyə, XİN-in xəbərində bildirilir.

Bundan əvvəl, XİN dekabr ayında ABŞ nümayəndələri ilə görüşə hazır olduğunu bildirmişdi, ancaq noyabrın 14-də BMT Baş Məclisinin sosial və humanitar məsələlər üzrə üçüncü komitəsi Pxenyanı qınayan qətnamə qəbul edib. Qətnamədə KXDR insan haqlarının kobud şəkildə pozulmasına görə tənqid edilir və məsuliyyətə dəvət olunur.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.