NATO kosmosu hərbi fəaliyyət sahəsi kimi tanıyacaq

21-11-2019, 01:59           
NATO kosmosu hərbi fəaliyyət sahəsi kimi tanıyacaq
NATO-ya üzv ölkələr noyabrın 20-də xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda kosmosun alyansın hərbi fəaliyyət sahələrindən biri kimi tanınması və orada silahların yerləşdirilməməsi barədə qərar qəbul edəcək. Bu barədə noyabrın 19-da Brüsseldə keçirilən mətbuat konfransında təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, onun sözlərinə görə, təşkilat noyabrın 20-də daha bir vacib addım atacaq – kosmik məkanın əməliyyatların aparılması üçün sahələrdən biri kimi tanınması barədə qərar qəbul edəcək. “Bizim yanaşma müdafiə xarakteri daşıyacaq və beynəlxalq hüquqa tam uyğun olacaq. NATO kosmosda silah yerləşdirmək niyyətində deyil”, – Y.Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, bu qərarın qəbul edilməsi həm də Şimali Atlantika Alyansının erkən xəbərdarlıq, rabitə və naviqasiya sistemlərinə ehtiyac duyması ilə əlaqədardır. O xatırladıb ki, kosmik məkanda 2 minə yaxın peyk var və onun təxminən yarısı NATO dövlətlərinə məxsusdur.

Bundan başqa, təşkilat rəhbərinin sözlərinə görə, alyansa üzv ölkələr hərbi hücum kimi qiymətləndirilə bilən kosmik təhlükələrin növlərini öyrənəcəklər. “Biz bu məsələyə həmişə fərdi yanaşacağıq. Hər bir hadisə ayrı-ayrılıqda tədqiq olunacaq və beşinci maddənin (Kollektiv müdafiə haqqında müqavilə) tətbiqinin zəruriliyini müzakirə edəcəyik”, – o əlavə edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.