AMİP də seçkilərə qatılacaq: Partiyadan ilk beşliyə düşənlərin siyahısı

7-12-2019, 21:38           
AMİP də seçkilərə qatılacaq: Partiyadan ilk beşliyə düşənlərin siyahısı
AMİP Siyasi Şurası parlament seçkilərində iştirakı məqbul sayıb.

Ovqat.com-a bu məlumatı partiyanın Mərkəzi Şurasının üzvü Rəşad Bayramov verib.

Rəşad Bayramovun bildirdiyinə görə, AMİP Siyasi Şurası bu gün parlament seçkilərini müzakirə etmək üçün fövqəladə iclas keçirib. Toplantı iştirakçılarının böyük əksəriyyəti seçkilərdə iştirakın lehinə səs verib. Partiyanın bu barədə rəsmi mövqeyi isə gələn həftənin 2-ci günü bəlli olacaq.

Ovqat.com-un digər kanallardan əldə etdiyi məlumata görə, AMİP Siyasi Şurasının seçkilərlə bağlı rəsmi mövqeyi tam müəyyənləşməsə də, partiyanın aparıcı simaları seçki marafonuna artıq qoşulublar. Bildirilir ki, bəzi AMİP yetkililərinin hətta hansı dairələrdən namizədliklərini irəli sürəcəkləri də bəllidir. Partiyanın seçki siyahısının ilk beşliyinə düşən namizədlər və onların gözaltı etdikləri seçki dairələri belədir:

Arzuxan Əlizadə (AMİP sədr əvəzi) – 26 saylı Sabunçu seçki dairəsi;
Rəşad Bayramov (AMİP Mərkəzi Şurasının üzvü) – 4 saylı Naxçıvan şəhər və ya 33 saylı Xətai seçki dairəsi;
Elşən Mustafayev (AMİP Mərkəzi Şurasının üzvü) – 15 saylı I Yasamal və ya 107 saylı Qazax seçki dairəsi;
Əli Orucov (AMİP Mərkəzi Şurasının üzvü) – 8 saylı Binəqədi seçki dairəsi;
Məhərrəm Həsənov (AMİP Siyasi Şurasının üzvü) – Xətai 34 seçki dairəsi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.