"Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür" - Keçmiş baş nazir

16-12-2019, 08:45           
"Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür" - Keçmiş baş nazir
“Azad, ədalətli və demokratik seçki şəraitində Azərbaycan müxalifətinin kifayət qədər seçici səsini alıb parlamentdə təmsil olunmaq potensialı var”.

Bunu Moderator.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, sadəcə, mövcud seçki mühiti bu potensialı ortaya çıxarmağa imkan vermir:

“Hazırda seçki mühiti bu cür seçkilərin keçirilməsinə imkan vermədiyi üçün bu seçkilərdə müxalifətin tutduğu yer onun potensialını əks etdirməyəcək. Yəni müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür.

Bu vəziyyəti kompensasiya edəcək amil kütlələrin siyasi fəallığının kəskin surətdə yüksəlməsi ola bilər. Bu isə hal-hazırda müşahidə olunmur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.