“Azərbaycan ərazisinin bir hissəsini itirə bilər” - SENSASİYA

2-07-2020, 09:46           
“Azərbaycan ərazisinin bir hissəsini itirə bilər” - SENSASİYA
“Rusiyada federal səviyyədə konstitusiya dəyişiklərinə gətirib çıxaran referendum keçirildi. Verilən məlumata görə, referendumda iştirak edənlərin 78 faizi 206 düzəlişlə Konstitusiyanın 46 maddəsində dəyişiliyin lehinə səs verib. Bu dəyişikliklər arasında ən çox diqqəti çəkən bundan sonra hazırkı prezidentin hər dəfə 6 il olmaqla 12 il üçün yenidən seçilə bilməsidir. Bu isə o deməkdir, prezidentliyinin müddəti 2024-cü ildə bitən, 20 ildir ki, hakimiyyətdə olan Putin 2024-cü ildən başlayaraq daha 2 dəfə seçilmək hüququna malik olacaq və beləliklə nəzəri olaraq onun hakimiyyəti 2036-cı ilə qədər davam edə bilər. Prezidentin səlahiyyətlərinə gəlincə, bundan sonra o Dövlət Dumasının təsdiqini almış baş nazir müavinləri və nazirləri təyin etməkdən imtina etmək hüququna malik olmayacaq. Ümumiyyətlə, hökumətin formalaşması üçün məsuliyyət əsasən Federal Məclisə veriləcək. Nazirlərin namizədliyi də Dövlət Duması tərəfindən təsdiqlənəcək. Hüquq-mühafizə orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbərləri təyin olunduqda prezident Federasiya Şurası ilə məsləhətləşməli olacaq. Lakin prezidentin nazirlər kabinetinin bütün üzvləri kimi baz naziri də vəzifədən azad etmək hüququ özündə saxlanılır. Yeni dəyişiliyə görə, baş nazir tərəfindən təklif olunan müavinləri və federal nazirləri üç dəfə rədd etdiyi halda Dövlət Duması buraxıla bilər. Federasiya Şurasının səlahiyyətinə gəlincə, ona prezidentin təklifi ilə Konstitusiya və Ali Məhkəmələrin sədrlərinin, onların müavinlərini və hakimlərini təyin edilməsi daxildir. Həmçinin, prezident Federasiya Şurası ilə Rusiya Baş prokuroru və onun müavinləri, Rusiya Federasiyasının subyektlərinin prokurorlarının təyin edilməsi ilə bağlı məsləhətləşməli olacaq. Bu dəyişikliklərin heç şübhəsiz ki, post-sovet düşərgəsinə yaxşı örnək verməyəcək. Lakin bundan da böyük təhlükə Azərbaycanın torpaqlarının itirməsi ola bilər. Belə ki, prezident Putin konstitusiya islahatlarının tərkib hissəsi olan dövlət suverenliyini qorumaq üçün düzəlişlərin müəllifidir. Bu dəyişliklər çərçivəsində qonşu dövlətlərlə delimitasiya, demarkasiya, yenidən demarkasiya çərçivəsində Rusiyanın sərhədlərinə yenidən baxılması nəzərdə tutulub. Rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilib. Belə çıxır ki, Rusiya bundan sonra həmin əraziləri geri götürəcək, belə olan halda Rusiya Federasiyası tərəfindən Azərbaycana qarşı da ərazi iddiasının irəli sürülməsi gözlənilir”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.
“Ətrafda və daxildə gedən proseslər və baş verən hadisələr belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid və təhlükələr mövcuddur. Rusiya hakimiyyətinin bundan sonra Azərbaycana təzyiqləri daha da artacaq. Artıq hakimiyyətin digər qollarının (icra, hüquq mühafizə, məhkəmə və prokurorluq) yüksək vəzifəli şəxsləri Kremlə daha yaxın olmaq üçün öz aralarında mübarizəyə başlayıblar. Odur ki, təklif edirəm ki, ilk növbədə İlham Əliyev xalqla və ictimai siyasi təşkilatlarla açıq və səmimi danışıqlara başlamaldır. İkincisi, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə həmrəylik koalisiyası qurulmalıdır. Üçüncüsü, Milli Məclis Azərbaycanın ərazisinin bir hissəsini özgəninkiləşdirməyə yönəlmiş çağırışların və hərəkətlərin qadağan olunması və yolverilməzliyi dair bəyanatla çıxış etməlidir. Vaxtında hərəkətə başlamasaq sonra gec olacaq” - Q.İbadoğlu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.