ABŞ-ın imtinası domino effekti yaradacaq - Rusiya

4-07-2020, 17:47           
ABŞ-ın imtinası domino effekti yaradacaq - Rusiya
ABŞ-ın Açıq Səma razılaşmasından çıxması domino effekti yaradacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz domino effektinin mümkün olacağını güman edirik. ABŞ-ı fərqli məsələlərdə müdafiə edən ölkələr Vaşinqtonun təzyiqi altında bu imkanı nəzərdən keçirə bilərlər. Biz bunu istəməzdik, çünki o zaman razılaşma məhv olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp ölkəsinin Açıq Səma sazişindən çıxacağını açıqlayıb. Buna səbəb kimi Rusiyanın bəzi ərazilərdə, xüsusilə Kalininqrad istiqamətində monitorinqlərə imkan verməməsi, başqa sözlə, sazişi tam icra etməməsini göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru