Düşmən generalı Gəncə, Sumqayıt və Bakının neft yataqlarını vurmaqla HƏDƏLƏDİ

6-07-2020, 12:44           
Düşmən generalı Gəncə, Sumqayıt və Bakının neft yataqlarını vurmaqla HƏDƏLƏDİ
"Bakının bütün neft komplekslərini vuracağıq” – "Onların hamısına çıxışımız var!”

Ermənistan həmişəki kimi başından böyük danışmaqda davam edir...

Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın səyləri davam etdiyi bir zamanda erməni tərəfinin təxribatçı bəyanatları davam edir.

Moderator.az xəbər verir ki, bir müddət bundan öncə müharibə olacağı təqdirdə Mingəçevir su anbarını vuracaqlarını dilə gətirən Ermənistanın keçmiş müdafiə naziri general-leytenant Vaqarşak Harutyan, bu dəfə Bakının neft komplekslərini sıradan çıxaracaqlarını bildirib. Düşmən generalı Bakıdakı bütün neft komplekslərinə çıxışa malik olduqlarını, bunun tamamilə mümkün olduğunu vurğulayıb.

Bundan başqa, V.Harutyan Gəncə və Sumqayıta da zərbə endirəcəklərini qeyd edib. Sabiq müdafiə nazirinin sözlərinə görə, istər Bakıya, istərsə də Gəncə və Sumqayıta raket zərbələri endirməkdə məqsəd Azərbaycanın iqtisadi potensialını məhv etmək olacaq.

Məlumat üçün qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mingəçevir su anbarına raket zərbəsi endirmək təşəbbüsünün də qızğın müdafiəçilərindəndir.

Onu da xatırladaq ki, Ermənistanda son vaxtlar bu cür təxribatçı, avantürist bəyanatların sayı artmaqdadır. Bunda məqsəd erməni cəmiyyətini 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətə uğrayan işğalçı ordunun gücünə inamını bərpa etmək, habelə, Ermənistan cəmiyyətinin diqqətini daxildəki problemlərdən yayındırmaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.