Cahandar BAYOĞLU: Azərbaycanı deyil, Korrupsiyanı Moskvanı təmsil edən Bakanlıq.

7-07-2020, 18:33           
Cahandar BAYOĞLU: Azərbaycanı deyil, Korrupsiyanı Moskvanı təmsil edən Bakanlıq.
Dövlət Güvənlik orqanlarının Dış İşlər Bakanlığında apardığı əmeliyyatların ilkin sonucuna görə bir neçə görəvli bürokratın korrupsiya cinayətinə yuvarlanaraq həbs olunduqları aydın olur. Həbs olunanların açıqlamasından anlaşılır ki, bakanlık dış İşlərindən daha çox dövlətdən maliyələşən özəl biznes şirkətidir. Bu durumu gördükdə 2014 yılında ABD Dış İşlər Bakanlığında olduğum gün, bakanlıqda gördüklərimi xatırladım. Dünyada dış maraqlarının gerçəkləşməsi üçün milyardlarla maliyə ayıran ABD Dış İşlər Bakanlığının binası təmirsiz və odadakı mebellərin eski olduğunu gördüm. Sanki sovetlər birliyindən ayrılan respublikaların universitetlərini xatırladırdı. Biz bu duruma maraq etdiyimizdə, orada olan yetkililərdən biri, bu ildə büdcədən maliyə ayrılmadığından binanın təmirsiz qaldığını bildirdi.
Belə bir binası olan ABD dış işləri dünyanın hər yerində duruma hakimdi Amerika dövlətinin maraqlarını qoruyaraq, kiməsə toz qondurmasına imkan vermir.
Azərbaycan Dış İşlər Bakanlığı saraydı içində en bahalı mebellər, amma ölkə deyə bilməzsiniz ki, orada Azərbaycan uğrunda çalışma olsun. Avropada, ABD və digər dövlətlərdə olan səfirliklər daha çox Azərbaycana qarşı çalışır.
Söhbətimizin birində dostumuz danışırdı ki, ermənilərin Azərbaycana qarşı təbliğat kompaniyasına qarşı çox saylı kitaplarla avropa ölkələrindən birində səfirliyimizdə olduq və bu kitabların diger ölkə səfirliklərinə paylanmasını istedik. Səfir bizə bunu edə bilmərik,” biz bu kitabları o səfirliklərə versək daha o səfirlər bir daha bizim tədbirlər gəlməz” dedi. Bu bütün Avropa ölkələri üçün keçərlidi.
2013 ilində Dağıstanın, Dərbəndin Rusiyaya birləşməsinin 200 İlliyini Moskva bayram tədbiri kimi keçirəndə, Azərbaycan Səfiri Bülbüloğlu o tədbirdə çıxış edərək “bayram” münasibəti ilə Rusiyanı təbrik etmişdi. Bu zavallı 1813 ilində Azəirbaycanın Quzeyinın Rusiya tərəfindən işğalını alqışlayırdı. Belə acınacaqlı durum çoxunluq səfirliklərimiz ve Bakanlıq üçün keçərlidir. Bakanlıq Bağımsız Azərbaycanı deyil Moskvanı təmsil edir kimi havadadı. Azərbaycan Türkcısində danışılmır, bürokratlar moskva dilidi.
Keçmiş Dış işləri Bakanı Zülfüqarovun və digər diplomatların açıqlamasından, bu bakanlıqda olan həbslər daha çox dış ölkələrin kəşfiyyatlarıyla işbirliyində olmaları fikrini gündəmə gətirib. Belə bir durumda ilk ağlımıza gələn Moskva olur. Demək Moskvanın hər ölkələrdə bir neçə səfirliyi var. Məhz buna görə ciddi ölkələrin yetkililəri Azərbaycan səfirliklərində danışıqlar aparmırlar, Moskavanın biləcəyindən ehtiyatlanırlar. Bele olduğundan, Azərbaycan Dış işlər Bakanlığında, ermənilərlə işbirliyində olmalara da şübhələr artır.
Azrbaycan Dövlət olaraq köklü dəyişkənliyə getməli, dövlətə vətənə xəyanət cinayətinin cəzası daha da ağırlaşdırılmalıdır.

Cahandar Bayoğlu
Turan Partiyası GK Başqanı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.