“Belə vəziyyətlərdə “beyin axını”nın həm də bir milli təhlükəsizlik məsələsi olduğu ortaya çıxır” – RÖVŞƏN AĞAYEV

9-07-2020, 14:23           
“Belə vəziyyətlərdə “beyin axını”nın həm də bir milli təhlükəsizlik məsələsi olduğu ortaya çıxır” – RÖVŞƏN AĞAYEV
“Vəziyyət ağırdırsa, durumu yerli həkimlərin gücü ilə xilas etmək mümkün deyilsə, xaricdən mütəxəssislərin gətirilməsi doğru qərardır”

“Virusla mübarizə üçün xaricdən mütəxəssislər gətirildi. Vəziyyət ağırdırsa, durumu yerli həkimlərin gücü ilə xilas etmək mümkün deyilsə, doğru qərardır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

“Ölkədən son 20 ildə baş verən “beyin axını”nın miqyası nə qədərdir, ölkədən köç edən yüksək ixtisaslı kadrların sayı nə qədərdir, onların hansı hissəsi həkimlərdir?
Niyə belə bir statistika aparılmır, araşdırma hazırlanmır?” sulları ətrafında düşündüyünü vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, belə vəziyyətlərdə “beyin axını”nın həm də bir mill təhlükəsizlik məsələsi olduğu ortaya çıxır: “Son 15 ildə Neft Fondu vasitəsilə 250 mln. dollara yaxın vəsait xaricdə təhsilə yönəlib. Bu proqram hazırlananda ixtisaslı həkim kadrlara, tibbi bioloq və s. bu kimi vacib ixtisaslı kadrlara ehtiyacın səviyyəsi, kadr defisitinin miqyası ilə bağlı dərin bir analiz olubmu? Hələ mən başqa sahələri də demirəm. Məsələn, alternativ enerji, yüksək texnologiyalar sahəsində kadrlara ehtiyacın dərin bir analizi olubmu? Bu suallar strateji qərar qəbulu üçün ən vacib yanaşmadır. Qərar belə suallar və araşdırmalar əsasında qəbul edilir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.