Gürcüstan işğalçı ilə işğala məruz qalanla bərabərlik işarəsi qoyarkən, Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

14-07-2020, 00:30           
Gürcüstan işğalçı ilə işğala məruz qalanla bərabərlik işarəsi qoyarkən, Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı narahatlığını bu sözlərlə ifadə edib. “Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”.
Teref.az yazır ki, politoloq Elxan Şahinoğlu sosial şəbəkədə paylaşdığı analitik yazısını bu cümlələrlə başlayıb.
Bu da Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdakı cümlələrdir: “Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında bütün səylər göstərməyə çağırırıq. Ukrayna vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".

Fərq göz qabağındadır. Gürcüstan işğalçı ilə işğala məruz qalanla bərabərlik işarəsi qoyarkən, Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstanın sərhəddəki insidentə yanaşması Rusiyanın yanaşmasından fərqlənmir. Azərbaycana məsafəcə Gürcüstan yaxın olsa da, dəyərlərin paylaşması baxımından Ukrayna bizə daha yaxındır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.