"Anası erməni olan adamı ekspert kimi verilişə çağırıb vətənpərvərlikdən danışırlar"

14-07-2020, 09:15           
"Anası erməni olan adamı ekspert kimi verilişə çağırıb vətənpərvərlikdən danışırlar"
Xəbər verdiyimiz kimi düşmən dünəndən cəbhənin Tovuz rayonu istiqamətində təxribata cəhd edib.

Ordumuz cavab atəşiylə düşməni geri oturdaraq ağır itkilərə məruz qoyub. Təəssüflər olsun ki, düşmən təxribatının qarşısını alarkən ordumuzun da dörd hərbçisi şəhid olub.

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov torpaqlarımızı işğaldan azad etməyin vaxtı çatdığını bildirib:

“Allah şəhidlərimizə rəhmət eləsin. Hamısı bizim balalarımızdır, əlbəttə, onlara görə kövrəlirik. Bizdə məmurların arvadları, anaları, qudaları ermənidir. Anası erməni olan adamı ekspert kimi verilişə çağırıb vətənpərvərlikdən danışırlar. Belə bir adam bizim tərəfimizi saxlayarmı? Torpaqlarımızı işğaldan azad etməliyik, ermənilər bizim yerlərdə şıllaq atır və açıq-aşkar deyirlər ki, danışıqlar yoluyla sizə torpaq verməyəcəyik. Biz nəyi gözləyirik, bilmirəm. Xalqa anektod danışmaqla iş olmur. Ölkənin Eldar Mahmudovundan tutmuş, digər məmurlarının hamısı “moşennik”di. Ortada da kasıbın balası qırılır. Erməni mənim torpağımı işğal edib və hələ yenə üstümə hücum edir. Belə haqsızlıq heç yerdə görünməyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru