Novruz Məmmədov cəbhədəki gərginliyi XİN-dəki həbslərlə əlaqələndirir - AÇIQLAMA

14-07-2020, 11:51           
Novruz Məmmədov cəbhədəki gərginliyi XİN-dəki həbslərlə əlaqələndirir - AÇIQLAMA
“Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatın bir neçə əsas səbəbi var”.

Bu sözləri “MediaPost”a Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov bildirib.

Sabiq nazir hesab edir ki, son vaxtlar Ermənistan tərəfi beynəlxalq aləmdə özlərinin zəifliyini yenidən nümayiş etdirir, danışıqlar prosesində müəyyən bir konstruktiv mövqe ortaya qoya bilmirlər:

“Düşmən eyni zamanda, bu danışıqlara getməmək və ümumiyyətlə torpaqları daha çox işğalda saxlamaq məqsədi ilə bu cür təxribatlara əl ataraq beynəlxalq aləmdə özlərinə bəraət qazandırmaq istəyirlər.

Hər dəfə olduğu kimi, bu dəfə də Tovuz hadisələri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi, ölkəmizin xarici siyasətinə bağlı olan qurumlar beynəlxalq təşkilatlara son hadisələrlə bağlı ciddi faktlar, arqumentlər ortaya qoymalıdırlar. Nümayiş etdirilməlidir ki, Ermənistan tərəfinin bu cür aqressiv addımlarının əsas məqsədi nədən ibarətdir. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan indi də müəyyən rayonlarımızın sərhəd xidmətinə hücum edir. Sübut edilməlidir ki, 25 ildən artıqdır ərazilərimizi işğal altında saxlayan Ermənistan hələ də təxribat addımlarından əl çəkmək istəmir.

Bir sözlə, Azərbaycan tərəfi artıq son hadisələrlə bağlı beynəlxalq təşkilatlardan Ermənistana təzyiqlərin artırılmasını da tələb etməlidir. ATƏT-in Minsk Qrupu həmsədrlərinə, həm də beynəlxalq birliklərə, müəyyən təşkilatlara konkret təşəbbüs göstərib, bunu onlardan tələb etməlidirlər”.

N.Məmmədov qeyd edib ki, düşmənin Tovuzda törətdiyi təxribat Azərbaycan Xarici İşlər Nazirliyində baş verən son hadisələrlə də bağlı ola bilər: “Düşmənin son təxribatı XİN-də baş verən hadisələrə də “hesablana bilər”. Düşmənin son günlər Xarici İşlər Nazirliyində baş verən hadisələrdən istifadə etmək istəməsini istisna etmirəm. Onlar düşünür ki, Azərbaycan XİN-nin imkanları bundan sonra az olacaq. Elmar Məmmədyarovun başı XİN-də problemlərə qarışacaq. Onlar da bundan istifadə edib, Tovuz təxribatını diplomatik arenada Azərbaycanın üzərinə yıxa biləcəklər. Düşmən hər zaman belə hadisələrdən yararlanmaq istəyib. Amma hazırda, bu, heç vaxt baş tutmayacaq. Azərbaycanın bütün sahələrdə olduğu kimi, diplomatik imkanları da çox güclüdür və düşmənin istənilən təxribatının qarşısını ala biləcək səviyyədədir”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.