Pakistan Ermənistanın Azərbaycana hücumunu sərt şəkildə pislədi –Bəyanat

14-07-2020, 13:58           
Pakistan Ermənistanın Azərbaycana hücumunu sərt şəkildə pislədi –Bəyanat
“Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, – deyə bəyanatda vurğulanır.

Bəyanatda qeyd olunur ki, son təxribat hərəkəti Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir: “Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru