Müharibə ciddi işdir, siyasi, iqtisadi, diplomatik ayaqları var, hətta sosial və psixoloji nüansları var.

14-07-2020, 14:30           
Müharibə ciddi işdir, siyasi, iqtisadi, diplomatik ayaqları var, hətta sosial və psixoloji nüansları var.
Müharibə ciddi işdir, siyasi, iqtisadi, diplomatik ayaqları var, hətta sosial və psixoloji nüansları var.

Siyasət - Ölkədə ideoloji hökumət yoxdur, siyasi səhnə dağınıqdır, əsasən içiboş populistlərdən, ya da yaltaq əbləhlərdən ibarətdir. Milli birlik yox, birləşdirici dəyərlər və prinsiplər yox, seçki yox, tezislər savaşı yox - belə siyasi səhnə ilə müharibə olmaz,
İqtisadiyyat - Primitiv və bir boru üzərində qurulan iqtisadi sistemlə, büdcə oğurluğu ilə, korrupsiya ilə, inhisarçılıqla, dayanıqsız iqtisadi modellə müharibə mümkün deyil,

Xarici Siyasət - Şpaqata oturmuş, tükənmiş diplomatiya ilə, XİN-də olan rüşvətlə, aydın olmayan prioritetlərlə, bərbad beynəlxalq imiclə müharibə olmaz,

Sosial məsələ - işsizlik kəlləçarxa çıxıb, martda cəmi 90700 işsiz elan etmişdilər, sonra 600 min işsiz qeydiyyatdan keçdi, hələ onminlərlə işsiz vətəndaşa da imtina gəldi. Dörd aydır kiçik-orta biznes çöküb, camaatın "kəfən pulu" da bitib, sosial problemlər artıb, hökumətlə vətəndaş arasında 15 ildi işləyən qeyri-rəsmi "sosial müqavilə" çöküb (hökumət camaatın işinə, camaat da siyasətə qarışmırdı) - belə sosial gərginlik şəraitində müharibə mümkün deyil,

Psixoliji durum - Cəmiyyət psixoz yaşayır, yuxarıda sadaladığım məsələlər psixoloji gərginlik yaradıb. Həyatda ən böyük uğuru bu düşüncəsiz hökumətin ağılsız repressiyalarına tuş gəlməsi olan adamcıqlar özünü dahi sayır, hamı söyür, küyə gedir, dezolara inanır, qəzəb və nifrət püsgürür, ağıllı yanaşma yox, analiz yox, diskurs yox, belə psixoloji durumda olan cəmiyyətdə müharibə etmək olmaz.

Bir daha: Müharibə ciddi işdir, Ədalətli Rifah Dövləti, güclü İqtisadiyyat, mədəni və elmi siyasi diskurs, birləşdirici dəyərlər və prinsiplər olmadan aparılacaq müharibə ilə torpaqlarımızın işğaldan qurtulması mümkün deyil...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.