Təxribatçı axtarırsız?! Deyim də bir-bir

16-07-2020, 00:01           
Təxribatçı axtarırsız?!
- Yürüşün ilk dəqiqələrindən, şəhərin mərkəzindən görüntülər yayılan zamandan, "müxalifət hanı, hanı müxalifət liderləri, gəlsinlər meydana", yazanlar, bu çağırışı edənlər, tanıyın onları, təxribatçıların böyüyü onlar idi,
- Xaricdə oturub, "bura girin, oranı dağıdın", yazan-deyən debillər, ümumiyyətlə, gecə elə çağırışlar edənləri rədd edin çevrənizdən,
- Əvvəl orqanik başlayan, sonra tam nəzarət altında və ssenari ilə keçən aksiyaya özünü PR etmək üçün gələn, 2 sözü bir-birini tutmayan insanlar, tanıyın elələrini,
- Parlamentə girmək, dini şüarlar, maşın çevirmək - bunlar tək provokasiya deyildi, ssenari idi, sonda gedişatdan doğan, amma öncədən masada olan ssenari. Məlumdu ki, belə emosional vəziyyətdə kütləyə yön və ton verməyə cəmi 5-10 adam bəs edir, bu köhnə fənddir, 80-cı illərdən istifadə edilirdi.

Tamam, bəs insanları gecə vaxtı küçələrə nə çıxartdı? Qarabağ eşqimi? Torpaq itkisimi? Dağ boyda qəhraman generalın, zabit və əsgərlərin Şəhid olmasımı? Təbii ki, bunların hamısı var idi, amma əsas məsələ deyildi - insanların kütləvi şəkildə küçəyə çıxmasına səbəb karantin rejiminin gətirdiyi gərginlik, stress, pulsuzluq, işsizlik idi. Bu məsələni həm hökumət, həm də müxalifət diqqətlə analiz etməlidir.
Dünən gecə müxalif kəsim, siyasi partiyalar və şəxslər özlərini adekvat və doğru apardılar, oyuna gəlmədilər, provokasiyaya uymadılar, hökumət də özünü daha olğun və doğru apardı, sistemdaxili oyunları fərq etdi, amma bir məsələ də üzə çıxdı: Camaat məhz hökumətdən kimisə görməyi, eşitməyi istəyirdi - hökumətdən önə çıxan, inandırıcı olan, söz deməyi bacaran kimsə ortalığa çıxmadı. Bu da çıxarılacaq dərslərdən biridir.

Şəxsi müşahidəm odur ki, kimə, hansı qrupa yaxınlaşıb söz demək, istəklərini eşitmək (maskada idim, heç özümü təqdim etmirdim) istəyəndə fərqli tələblər və gözləntilərin şahidi oldum. Yəni, hələ cəmiyyət olaraq tam da nə istəyirik, onu kafamıza otuzdura bilməmişik. Gecənin dərsləri çoxdu, gün ərzində fikirlərimi bölüşəcəm.

Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirəm! Tanrı məmləkətimizi təxribat və fəsadlardan qorusun! Amin!
Natiq Cəfərli
Teef.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.