Amerika Azərbaycanlıların Federasiyası yaradıldı

9-08-2020, 21:10           
Amerika Azərbaycanlıların Federasiyası yaradıldı
Teref.az xəbər verir ki, ABŞ-ın Şərq sahilində Amerika Azərbaycanlıların Federasiyasını (AAF) təsis edib. Bu barədə ADR hərəıkatının sədri Qubad İbadoğlu xəbər verib. Qubad İbadoğlu xəbər verir ki:
Avqustun 8-də ABŞ-ın Şərq sahilində (Massachusetts, New York, New Jersey, Maryland, Virginia, Şimalı Carolina) yaşayan bir qrup gənc azərbaycanlılar Amerika Azərbaycanlıların Federasiyasını (AAF) təsis edib. AAF-ın məramnaməsi, nizamnaməsi qəbul edilib, 9 nəfərdən ibarət idarə heyəti və 7 nəfərlik müşahidə şurasına seçkilər keçirilib. Yaxın günlərdə keçiriləcək, İdarə Heyətinin ilk toplantısında AAF-ın prezidenti, vitse-prezidenti və katibi seçiləcək və internet səhifəsi fəaliyyətə başlayacaq. AAF-ın qeydiyyatı New Jersey ştatında olacaq.

AAF-ın qarşısında duran məqsədlərə Şimali Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələr yaratmaq, birgə tədbirlər keçirilmək, üzvlər arasında əlaqələrin yaranmasında vasitəçilik etmək, Amerikada yaşayan azərbaycanlıların və onların ailə üzvlərinin maddi və mənəvi zənginləşməsinə nail olmaq, ABŞ işgüzar dairələrində Azərbaycan mənşəli biznesin inkişafına yardımçı olmaqla ABŞ və Kanada da Azərbaycan diasporasının inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq cə ermənilərin yalanlarını ifşa etməkdir.
Teref.az olaraq bizdəı uğurlar diləyirik!
Teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.