LUKAŞENKOYA ULTİMATUM - “Ya yeni seçkilər, ya da sanksiya!"

13-08-2020, 06:54           
LUKAŞENKOYA ULTİMATUM -
Latviya, Polşa və Litva Belarus böhranında vasitəçilik edə bilərlər ki, vətəndaşlara qarşı zorakılığı dayandırmaq mümkün olsun. Bu barədə Litva prezidenti Gitanas Nauseda bəyan edib («Röyter»).

Nauseda bildirib ki, vasitəçilikdən əvvəl Belarus hakimiyyəti zorakılığın tətbiqindən imtina etməli, saxlanılanları azad buraxmalı və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir.

Nauseda Latviya prezidenti Egil Levits ilə danışıqlardan sonra Belarusda yaranmış vəziyyətdən çıxış yolu üçün öz planını təqdim edib:“Belarusun yaxın qonşularına, o cümlədən Litvaya stabil, demokratik, müstəqil və inkişaf edən Belarus lazımdır. Bütün bunlar son günlər böyük narahatlıqla izlədiyimiz hadisələrlə bir araya sığmır”

O, həm də təklif edib ki, Belarus Milli Şura yaratsın və onun tərkibinə həm hakimiyyətin, həm də vətəndaş cəmiyyətinin nümayəndələri daxil edilsin («Delfi»).



Ümumiyyətlə, Prezident Nauseda Belarus hakimiyyəti qarşısında 3 şərt irəli sürüb:

– Vətəndaşlara qarşı zorakılıqdan imtina;

– Saxlanılanların buraxılması;

– Vətəndaş cəmiyyəti ilə dialoqun bərpası.

Litva prezidenti xəbərdarlıq edib ki, əgər bu təklif Minsk tərəfindən rədd edilsə, o zaman Belarusa qarşı sanksiyalar tətbiq oluna bilər - həm ayrı-ayrı ölkələr tərəfindən, həm də Avropa İttifaqı (Aİ) səviyyəsində.

“Düşünürəm ki, biz problemin ən ağrısız yolla, dinc üsulla həllini tapmalıyıq. Lakin bu təşəbbüs qəbul edilməsə, əlbəttə ki, başqa alternativlər var və hazırda bu haqda həm Avropa Birliyində, həm də Litvada danışılır. Mən sanksiyaları nəzərdə tuturam – istər Avropa Birliyi, istərsə də milli səviyyədə” - deyə- Litva prezidenti söyləyib:

Litva xarici işlər naziri Linas Linkeviçyus isə daha konkret tələb səsləndirərək Belarusu yeni prezident seçkiləri keçirməyə çağırıb. O qeyd edib ki, ötən seçkilər azad və demokratik olmayıb. Nazir bu həftənin cümə günü AB-nin Belarusa qarşı sanksiyaların tətbiqini müzakirəyə çıxaracağını açıqlayıb.

Xatırladaq ki, üç gündür Belarusda prezident seçkilərinin nəticələrinə qarşı etirazlar səngimir. MSK-nın rəsmi məlumatına görə, Aleksandr Lukaşenko qələbə çalıb: guya ona seçicilərin 80 faizindən çoxu səs verib. Ancaq şahidlər və müşahidəçilər seçki məntəqələrində saxtakarlığa yol verildiyini bildirirlər. Digər namizəd Tixanovskaya özü bəyan edib ki, seçicilərin 70 faizi ona səs verib. Seçkilərin səhəri günü Tixanovskaya Belarusu tərk edib, hazırda o, Litvadadır.

Bu ərəfədə bəlli olub ki, Tixanovskaya Litvada sığnacaq alıb.Bu ölkə hökuməti onun yayılan videomüraciətlərinin təzyiq altında çəkildiyini söyləyiblər. L.Linkeviçyus yaxın günlərdə Tixanovskayanın açıqlama verəcəyini bildirib.

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.