Belarusiyada nələr baş verir - ARAŞDIRMA

13-08-2020, 22:20           
Belarusiyada nələr baş verir - ARAŞDIRMA
Belarusda maraqlı proseslər gedir. Onların əsaslarını diqqətinizə çatdırmaq istərdim.
- Küçəyə çıxanları işsiz və kriminal üsürlər adlandıran Aleksandr Lukaşenko etirazçıların fəallarını həbs etməklə, loyallarını isə işə düzəltməklə bitirmək istəsə də onun istəyinə nail olacağı çətin görsənir.
- Tanınmış jurnalistlər həbs olunan həmkarlarına həmrəylik nümayiş etdirmək üçün dövlət mətbuatından, xüsusilə də televiziya kanallarından istefa verirlər.
-Belaruslu Nobel mükafatçısı Svetlana Aleksiyeviç ölkəsində etirazçılara qarşı polis zorakılığını qınayaraq Aleksandr Lukaşenkaya nə qədər gec deyil, get deyə müraciət göndərib.
- Milislər daxili işlər orqanlarından istefa verir və seçkilərdə qələbə qazanmış Svetlana Tikhanovskayanı dəstəklədiklərini və ona xidmətə hazır olduqlarını nəinki bəyan edir, hətta çıxışlarının videoyazısını yayırlar.
- ABŞ dövlət katibi, konqresmenlər, Avropa institutlarının təmsilçiləri, Çexiya, Polşa dövlət və hökümət başçıları, Almaniya, Britaniya xarici siyasət idarələrinin rəhbərləri Belarus hakimiyyətini keçidiyi seçkinin nəticələrini tanımadıqlarını bəyan edir, bəziləri hətta bu ölkəyə qarşı mövcud olan sanksiyaları sərtləşdirməyə və yeni sanksiyaların tətbiqinə çağırışlar edirlər.
Görünən odur ki, baxmayaraq ki, Belarusda 3000-dən artıq etirazçı həbs olunub, amma hər iki tərəf geri çəkilmir, etirazçıların həm daxili və həm də xarici dəstəkçilərinin sayı durmadan artır.
Bu tendensiya rus demokratlarını da hərəkətə gətirib. Onlar iyulun 11-də Xabarovskdə həbs olunan qubernator Sergey Furqala azadlıq çağırışı ilə avqustun 15-nə elan etdikləri ümumrusiya aksiyasına ciddi hazırlaşırlar. Belə davam edərsə postsovet məkanında "rus payızı" başlaya bilər.
Heç şübhəsiz ki, "ərəb baharı"ndan fərqli olaraq "rus payızı"nın bölgədə demokratikləşmə proseslərinə təsirləri daha çox olacaq.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.