Krımda ukraynalıları qətlə yetirmiş, beynəlxalq axtarışda olan terrorçu Armen Mardoyan Qarabağda – Terrorçubaşı Araik Arutyunyanla görüşdü (FOTO)

28-10-2020, 16:26           
Krımda ukraynalıları qətlə yetirmiş, beynəlxalq axtarışda olan terrorçu Armen Mardoyan Qarabağda – Terrorçubaşı Araik Arutyunyanla görüşdü (FOTO)
Dünən qondarma “DQR”in “prezident”i Araik Arutyunyan "humanitar missiya" ilə Qarabağa səfər edən Krımdakı terrorçu dəstəsinin başçısı Armen Mardoyanı ("Samvel") qəbul edib.

Avropa.info xəbər verir ki, bu barədə ukraynalı jurnalist Oleq Baturin öz “Facebook” səhifəsində məlumat verib. Erməni media resursları bu hadisəni yerli telekanallarda tez-tez göstərirlər.

Qarabağa getməsi haqda məlumatı terrorçu Armen Mardoyan öz “Facebook” səhifəsində də paylaşıb.

Ukrayna KİV-nin məlumatına görə, "Krım baharı" hadisələri dövründə məşhurlaşan Armen "Samvel" Mardoyan Ukrayna vətəndaşlarını oğurlamaqda şübhəli bilinir.

O "Krımın özünümüdafiəsi" adlanan terror dəstələrindən birinin rəhbəridir. Onun dəstəsi 2014-cü ilin 3 martında Krım tatarı Rəşad Əhmədovun oğurlanmasında rol oynayıb. Bundan əlavə “Samvel” Krımdan olan Andrey Şekun və Anatoli Kovalskinin qaçırılmasında ittiham olunur.

Armen Mardoyan Ukrayna tərəfindən İnterpol axtarışına verilmiş terrorçudur. Onun iştirakı ilə Simferopol aeroportu bloklanıb. O, kiyevli milyoner Gennadi Balaşovu və odessalı deputat Aleksey Qonçarenkonu nümayişkaranə formada döydürüb. Dəfələrlə jurnalistlərə hücum edib, krımlı jurnalist Osman Paşayevi ölümlə təhdid edib.

Ukraynalı hüquq müdafiəçiləri “Samvel”i dəfələrlə qanunsuz silahlı birləşmələrə rəhbərlik etməkdə, cinayətlər törətməkdə ittiham ediblər. Onun Krımda törətdiyi cinayətlərin bir çoxunun üstü açılmayıb.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.