Paşinyan muxtariyyətə ümid edir - Azərbaycan razılaşacaqmı?

30-10-2020, 11:08           
Paşinyan muxtariyyətə ümid edir -
Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə parlamentdə çıxışı zamanı deputatlara “Azərbaycanın tərkibində müxtariyyətə razısınızsa, müharibə dərhal dayansın” deyib. Qeyd edək ki, 27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra da Paşinyan buna bənzər sualla deputatlara müraciət etmişdi və o zaman bütün deputatlar bir ağızdan “xeyr” cavabını vermişdilər. Erməni baş nazirin üstündən bir ay keçdikdən sonra yenidən parlamentdə eyni məsələni dilə gətirməsi həm məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinin, həm məsuliyyəti öz üzərindən deputatların üzərinə atmaq istəyinin, həm də heç olmasa Azərbaycanın tərkibində ermənilərə muxtariyyət verilməsinə ümid etməsinin əlaməti kimi şərh edilir. Paşinyan çox şey deyə və ya ümid edə bilər, bəs Azərbaycan buna razı olacaqmı?

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanın inzibati siyasi strukturunda heç bir muxtar vilayət tərkibi yoxdur. Bu statusda hər hansı bir qurum mövcud deyil. Çünki vaxtilə SSRİ zamanında mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Soveti tərəfindən ləğv edilib. Şübhəsiz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş baza prinsiplərində muxtariyyət məsələsi müzakirə predmeti olub. Ancaq bu, o dövrdə yaranmış mövcud hərbi siyasi reallıqlarla bağlı olub. Hazırda status-kvo yoxdur, təmas xətti yoxdur, o, Azərbaycan Ordusu tərəfindən dağıdılıb: “Əgər hərbi müstəvidə yeni reallıq yaranıbsa şübhəsiz ki, bu, diplomatik müstəvidə də yeni reallıq yaradıb. Ona görə də bundan sonrakı mərhələdə hər hansı statusun olub-olmaması Dağlıq Qarabağ kimi ifadə etdiyimiz əraziyə hansısa statusun tanınıb-tanınmayacağı bundan sonrakı mərhələdə tərəflər arasında mövcud hərbi siyasi gerçəkliklər əsasında müzakirə predmeti ola bilər, ancaq heç olmaya da bilər. Çünki bu vaxta qədər məhz muxtar vilayət mövzusu və ya hansısa muxtariyyətin verilməsi artıq arxada qalan hərbi siyasi reallığın predmeti idi. Əgər problem sülh yolu ilə həll olunacaq idisə belə bir variant nəzərdən keçirilirdi. Hazırda isə reallıq tamamilə fərqlidir. Bu reallığı Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı yaradıb”.

Deputat vurğuladı ki, yeni reallıqda hansı məsələlərin və necə gündəmə gələcəyini qalib tərəf kimi Ali Baş Komandan müəyyən edəcək: “Ona görə də mən düşünürəm ki, mövcud reallıqda hər hansı bir muxtariyyətdən və ya hər hansı bir statusdan danışmaq hələ çox tezdir. Çünki Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edir və öz ərazisi ilə necə davranmaq məsələsini də özü həll edəcək”.
“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.