Sonu yaxınlaşan Paşinyan bu səhər Putinə yalvarış dolu məktub göndərdi...

31-10-2020, 11:14           
Sonu yaxınlaşan Paşinyan bu səhər Putinə yalvarış dolu məktub göndərdi...
Bu gün - 31 oktyabrda RA Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir məktub göndərib.

Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, Paşinyan məktubda Azərbaycanın əks-hücumları nəticəsində yaranmış vəziyyəti və bununla əlaqədar yaranan problemləri hərtərəfli təqdim edib.

Terrorçu baş nazir Rusiya Federasiyasının Ermənistan sərhəddinə hərbi əməliyyatların yaxınlaşmasını, “Ermənistan ərazisinə artıq baş verən təcavüz faktlarını” nəzərə alaraq və bu müttəf ölkənin təhlükəsizliyini əsas götürərək Ermənistana edə biləcəyi yardım növünü və miqdarını təyin etməkdən ötrü dərhal məsləhətləşmələr aparmaq üçün Rusiya Federasiyası Prezidentinə müraciət edib. Məktubda Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri və iki ölkə arasındakı 29 avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsi də xatırlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.