İrəvanda qapalı görüş: - Paşinyan komandasını məyus edib

29-09-2022, 11:55           
İrəvanda qapalı görüş: -
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın parlament fraksiyası ilə qapalı görüş keçirib. “Joğovurd” qəzeti gərgin şəraitdə keçən bu toplantı ilə bağlı bəzi detalları öyrənə bilib.
Üç saatlıq görüşdə hökumət üzvləri də iştirak ediblər. Məlumata görə, xarici işlər naziri Ararat Mirzoyandan başqa hökumətin digər üzvləri, yəni baş nazirin müavini Mher Qriqoryan , Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan , baş nazirin aparat rəhbəri Arayik Arutyunyan və dövlət müəssisələrinin digər əməkdaşları yığıncağa cəlb ediliblər.

Nikol Paşinyan görüşün əvvəlində çıxış edib. Sonra ona suallar verilib. Səmimi söhbət aparılıb və Paşinyan heç nəyi gizlətməyib. O, ölkədəki mövcud vəziyyəti ətraflı şəkildə təqdim edib. Deputatların ağır durumdan narahatlığı baş nazirlə görüşdən və onun açıq sözlərindən sonra daha da artıb. İclasda hakim fraksiyanın demək olar ki, bütün deputatları iştirak ediblər.

AzVision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.