Volodin: "Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya ərazisində fəaliyyəti qadağan edilməlidir"

26-03-2023, 09:05           
Volodin: "Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya ərazisində fəaliyyəti qadağan edilməlidir"
Volodin:
"Rusiya prezidentinin dünya qurumları tərəfindən Rusiya Konstitusiyasına zidd olan qərarların qəbul edilməsi zamanı vətəndaşların qorunması üçün hüququ olmalıdır..."

"Amerikanın heç bir vətəndaşı və ya müttəfiqi BCM-in orderi ilə həbs edilə və ya saxlanıla bilməz..."

Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Məhkəmədənöncəki Palatasının Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi qərarına cavab olaraq Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin BMT-nin bu məhkəmə orqanının Rusiya ərazisində fəaliyyətinin qadağan edilməsini tələb edib.

Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı SİTA agentliyi yayıb.

"Qanunericiliyə BCM-in ölkəmizin ərazisində istənilən fəaliyyətini qadağan edən, habelə BCM-ə kömək və dəstəyə görə məsuliyyəti nəzərdə tutan dəyişikliklər işlənib hazırlanmalıdır", - o, yazıb.

Volodin həmçinin qeyd edib ki, Rusiya prezidentinin dünya qurumları tərəfindən Rusiya Konstitusiyasına zidd olan qərarların qəbul edilməsi zamanı vətəndaşların qorunması üçün hüququ olmalıdir.

"Dost ölkələrlə BCM-lə əməkdaşlıqdan və ona dəstək göstərilməsindən qarşılıqlı surətdə imtina edilməsini nəzərdə tutan ikitərəfli sazişlərin bağlanması üzrə işi təşkil etmək lazımdır", - Volodin əlavə edib.

Oxşar nümunə olaraq Rusiya parlamentinin sədri 2002-ci ildə ABŞ-da hərbi qulluqçuların qorunması haqqında qəbul edilən xüsusi qanununu misal çəkib.

Bu qanuna görə, "Amerikanın heç bir vətəndaşı və ya müttəfiqi Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs edilə və ya saxlanıla bilməz".

"Üstəlik, bu qanun müttəhimlər kürsüsündə amerikalı hərbçilər, məmurlar və siyasətçilərinin olduğu zaman Vaşinqtona hərbi müdaxiləyə başlamağa imkan verir", - Volodin yazıb.

"Bu qanun qeyri-rəsmi olaraq "Haaqaya müdaxilə haqqında qanun" adlandırılır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.