ABŞ və Çin arasında “sualtı müharibə” qızışır

26-03-2023, 10:23           
ABŞ və Çin arasında “sualtı müharibə” qızışır
ABŞ və Çin fiber-optik kabelin çəkilməsi uğrunda “sualtı müharibə” aparır.

Xəbəri yayan mənbənin əldə etdiyi məlumata görə, ABŞ son illərdə Çin şirkətlərinin iştirak etdiyi ən azı altı kabel çəkilişi müqaviləsinin qarşısını alıb.

Vaşinqton narahatıdır ki, Çin kəşfiyyatı fiber-optik kabel xəttlərinə müdaxilə edərək internet trafikinə çıxış əldə edə bilər.
Xəbərdə qeyd olunur ki, ABŞ və Çin arasındakı texnoloji rəqabətin əsas hissələrindən biri də fiber-optik kabel xəttlərinə çıxış əldə etməkdən ibarətdir.

Mənbə: Reuters












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru