İnvestisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid - TƏHLİL

16-07-2019, 09:00           
İnvestisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid - TƏHLİL
Xəbər verildiyi kimi, Milli Məclisinin 12 iyul 2019-cu il tarixində keçirilən iclasında 2019-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Müvafiq qanun layihəsini Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisinə təqdim edib.

Dəyişiklik nəticəsində ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 200,0 milyon manat və işsizlikdən sığorta fondunun xərcləri 15,0 milyon manat artırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılaraq xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulut.

Yeni dəyişikliyə görə, büdcədə sosial xərclərin çəkisi 780 milyon manat artıb. Nəzərə alsaq ki, bu məbləğ maaş və pensiya atrımları ilə bağlı ilin son 4 ayını əhatə edir, yəni illik xərclərin üçdə biridir, onda 2020-ci il büdcəsində bü istiqamətdə xərclərin 2 milyard 340 milyon manat artırılması gözlənilir. Təbii ki, böyük məbləğdir və indiki büdcə xərclərinin 10 faizinə yaxındır. Bu, büdcənin sosial yükünün artırılmasına və investisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid tendensiyasıdır.

Nəzərə alsaq ki, hökumət ilin sonunda pensiya və əmək haqlarını yenidən artırılacağını bildirib, onda bu məbləğin daha da artacağı gözlənilir. Bu tendensiya əhalinin gəlirlərinin artımına səbəb olacaq. Təbii ki, hökumətin sərt anti-inflyasiya siyasəti yeritməsi şərti ilə. Yəni inflyasiya artımları “yeməsin”.

Maaş və pensiya artımlarının maliyyələşmə mənbəyinin iki ünvanı var – vergi və gömrük sistemində dəyişiklər nəticəsində daxilolmaların artması və dövlət idarəetmə xərclərinin optmallaşdırılması. 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat köçürüb, proqnoza 110,1 faiz əməl olunub.

2019-cu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 733,4 milyon manat vergi və rüsum daxil olub. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 faiz çoxdur.

Təbii ki, büdcə gəlirlərinin belə templə artımı maaş və pensiyaların artımına adekvatdır. Bu tendensiya davam etdikcə, maaş və pensiyaların yenidən artırılması haqda qərarlar da gözləniləndir.
Qadir İBRAHİMLİ \\istiqlal.az\\шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.