Vidadi Zeynalovun 100 manatlıq dönəri və 12 000 manatlıq yaşıllaşdırma "əməliyyat2-ı...

15-09-2019, 19:56           
Vidadi Zeynalovun 100 manatlıq dönəri və 12 000 manatlıq yaşıllaşdırma "əməliyyat2-ı...
Teref.az olaraq Fikrət Fəraməzoğlunun sosial şəbəkədə paylaşılmış həbsxana xatirələrini tqdim edirik:
HƏBSXANA XATİRƏLƏRİ: Bakı İstintaq Təcridxanasında belə bir qayda var idi ki, keçmiş dövlət məmurları, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları ya təknəfərlik kamerada, ya da eyni kateqoriyadan olan şəxslərlə birlikdə saxlanılırdı. Hətta elələri var idi ki, onların qaldıqları kameraların önündə 24 saat qaravul dayanırdı. Həmin kameralara yaxınlaşmaq, ora nəsə göndərmək qadağan idi.
Varlı məmurlar isə adətən 7-ci korpusda saxlanılırdı. İkinci mərtəbədəki bütün kameralar onların ixtiyarındaydı. Şəraitinə görə, digərlərindən çox fərqlənirdi. İmkanlı olduqlarından özləri üçün istintaq dövründə lazımı şərait qurub, öz kameralarında ehtiyacsız yaşayırdılar.
Bu günlərdə mətbuatdan oxudum ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı “Məlhəm” adlı restoranı işlədir. Özü də açıqlama verib ki, acından ölməmək üçün həyat yoldaşı ilə bu restoranı işlətmək məcburiyyətində qalıb. Bu sözləri oxuduqdan sonra onun Kürdəxanıda başına gələn iki hadisə yadıma düşdü. Xatırladım ki, bunu həm dustaqlar, həm də nəzarətçilər danışıblar.
BİRİNCİ HADİSƏ: Vidadi Zeynalov da “rabitə işi” ilə əlaqədar həbs olunub İstintaq Təcridxanasına gətirildikdən sonra imkanlı adamlar kimi, 7-ci korpusda yerləşdirilib. Günün birində axşam saatlarında o, kamerasının “kormuşka”sını (nəfəslik) döyərək, nəzarətçini çağırır. Nəzarətçi də vəzifəsinə uyğun olaraq nəfəsliyə yaxınlaşır və Vidadidən nə istədiyini soruşur. Zeynalov ondan dönər almasını xahiş edir. Özü də həmin dönəri məhz Zabratda yeni açılmış dönərçidən almasını istəyir.
Nəzarətçi çoxbilmiş olub və iki dönər üçün 100 manat pul istəyir. Zeynalov da ona həmin yüzlüyü verir.
Əvvəlcə qapıdakı hərbçilərlə danışır və onların razılığını aldıqdan sonra yaxınları ilə əlaqə saxlayıb, çöldən 2-3 dənə dönər gətirdir və içəri buraxdırır. Toplam 10-15 manat pul xərcləyən nəzarətçi bir neçə saatdan sonra onu Vidadi Zeynalovun qaldığı kameraya ötürür.
Beləliklə, Vidadi Zeynalovun qaldığı korpusda növbə çəkən nəzarətçilər o, su istəsə belə, ən azı 10 manat alırmışlar. Zeynalov da gündə 5-6 dəfə müxtəlif istəklərdə olurmuş və gün ona 150-200 manatdan ucuz başa gəlmirmiş.

İKİNCİ HADİSƏ: Vidadi Zeynalov az sayda məhbuslardan idi ki, Kürdəxanıda səhər və axşam saatlarında həyətdə 4 saata yaxın gəzib, dolaşa bilirmiş. Yanında nəzarətçi və ya Təsərrüfat Bölüyündə işləyənlərdən biriylə Kürdəxanının həyətində dolaşan keçmiş aparat rəhbəri İstintaq Təcridxanasının ərazisində ağacların, yaşıllığın az olmasının səbəbini soruşur. Onu müşayət edən nəzarətçi də bildirir ki, Kürdəxanının havası və torpağı hər bitkini yetişdirmir. Bunun üçün xüsusi ağaclar lazımdır. O da həmin ağacları ala biləcəyini dilə gətirir.
Tez-tez “mənim dövlət qarşısında böyük xidmətlərim olub”, “mən bunu eləmişəm, bunu belə eləmişəm” deyən Vidadi Zeynalov günün birində dimdiyindən dora düşür. Yəni, onun “mən ağac alaram” sözü gedib rəhbərliyə çatır. Rəhbərlik də onu dəvət edir və deyir ki, yaxın vaxtlarda İstintaq Təcridxanasına mötəbər qonaqlar və yüksək çinli rəhbərlər gələcəklər. Əgər tez azadlığa çıxmaq və haqqında müsbət rəyin yaranmasını istəyirsə, ərazinin yaşıllaşdırmasına kömək eləsin. Rəis söz verir ki, əgər o, bu işi görərsə, öz rəhbərliyinə, Prezident Aparatına və digər qurumlara onunla bağlı ən yüksək səviyyəli xasiyyətnamə yazıb gönədərəcək və guya, məhkəmədə onun azadlığa buraxılmasına bu xasiyyətnamənin böyük rolu olacaq.
Vidadi Zeynalov da deyilənlərə inanıb, onun təklifini qəbul edir. Hesab-kitab edirlər, iki gün Kürdəxanının yaşıllıq üçün nəzərdə tutulmuş yerlərini ölçüb-biçirlər. Və belə qərara gəlirlər ki, ərazinin yaşıllaşdırılması üçün 12 min manat pul lazımdır. Beləliklə, Vidadi Zeynalov həmin pulu gətizdirir və ünvanına çatdırır.
Bir müddətdən sonra məlum olur ki, həmin pula 10-15 ədəd plastik ağac və 5 illik güllərin toxumu alınıb. Hesab kitabnan belə aydın olur ki, ümumilikdə, həmin işlərə heç 500 manat xərc çəkilməyib. Bu azmış kimi, onun haqqında məhkəməyə heç də yaxşı olmayan xasiyyətnamə göndərilir. Eyni zamanda, Bakı İstintaq Təcridxanasının həyətində görülmüş işlər də rəisin “əməyinin bəhrəsi” kimi təqdim olunur.
Deyilənlərə görə, bu hadisədən sonra Vidadi Zeynalov bir müddət depresiyaya düşüb.
Fikrət Fəraməzoğluшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.