Məşhur azərbaycanlı həkimdən dərmanlarla bağlı ŞOK AÇIQLAMA: "Xərçəng yalnız bu yolla..."

12-11-2019, 08:45           
Məşhur azərbaycanlı həkimdən dərmanlarla bağlı ŞOK AÇIQLAMA: "Xərçəng yalnız bu yolla..."
“Elə bilirsiniz ki, biz həkimlərin təyin etdiyi bütün dərmanlar, həqiqətən də, hüceyrə səviyyəsində iş görürlər?Bəli, bəziləri həqiqətən patalogiya olan toxumalarda iş görür. Amma 70 faiz dərmanlar placebo effekti ilə işləyir. Yəni əslində, heç bir iş görmürlər”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Mütəxəssis bildirib ki, insanlar sadəcə həkimə və müalicəyə inandıqları üçün dərman müalicəsindən sonra sağalır.
“Hərbi xidmətdə olanda bir əsgərin miqren tutması başlamışdı. Həmin vaxt əlimin altında heç bir ağrıkəsici yox idi. Əsgərə C vitamin tablet verdim. Dedim ki, bu, ən bahalı ağrıkəsicidir. Özüm üçün xaricdən gətirtmişəm. Əsgər onu içəndən 2 dəqiqə sonra ağrısı kəsdi. O tablet ağrıkəsici olsaydı belə, təsiri üçün yarım saat vaxt lazım idi. Nəticədə, insanlar öz orqanizminin gücünü qiymətləndirə bilmir. Ümidsizliyə tez qapılır. Öz gücümüzdən xəbərsizik. İnsan inamın gücü ilə çox şeyə qadirdir. Hətta xərçəng inamın gücü ilə sağala bilər. Çox sayda insan xərçəngə belə qalib gələ bilib. İnsan məşqlər və özünətəlqin sayəsində qaynar dəmirə əli və dili ilə toxunan varlıqdır. Ona görə də özünüzə inanın və heç nəyə təslim olmayın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.