Təhsil ekspertindən maraqlı davranış: “Məni toya dəvət etməmisən, səni biabır edəcəm”

18-11-2019, 08:05           
Təhsil ekspertindən maraqlı davranış: “Məni toya dəvət etməmisən, səni biabır edəcəm”
Məlum olduğu kimi, cəmiyyətdə təhsil eksperti kimi tanınan Etibar Əliyev adlı şəxs son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasının və həmin qurumun rəhbərliyinin fəaliyyətini kəskin tənqid edən bir kampaniyaya start verib. Məlum olub ki, Etibar Əlievin birdən-birə belə mövqe səgilənməsinin obyektiv səbəbi var imiş. Azinforum.az qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovun bu xüsusda yazdığı statusu olduğu kimi təqdim edir: “”Məni toya dəvət etməmisən, səni biabır edəcəm” düşüncəsi nəyin əlamətidir? Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun oğlunun toyu oldu. Mübarəkdi. Möhtəşəm toy keçdi.
Toyun səhərisi təhsil eksperti elan olunan Etibar Əliyevi zəng etdi və toya dəvət olunmamasının səbəbini soruşdu. Bilmədiyimi dedim. Bildirdi ki, bu haqda tənqidi yazacaq. Mən də külli-ixtiyar sahibi olduğunu dedim. Düşündüm ki, zarafatdı da, Etibar Əliyev buna görə nə deyib, tənqid yazacaq? Bir də baxıram yazıb. Aaaa…yazdıqlarına rahatlıqla, heç kimin köməyi olmadan Şuranın ən yeni işçisi də cavab verib, bütün iddiaları heçə endirə bilər. Söhbət ondan getmir, o qədər cəfəngiyyatdır ki. Nə isə…
Məsələ bundadır ki, bu təhsil ekspertinin ilk işi deyil. Artıq neçənci dəfədir bunu edir. Bir dəfə Şura rəhbərliyindən kimsə buna salam verməmişdi ona bir status huppuldatdı, sonra Şura ekspertlər siyahısına daxil edilməmişdi deyə birini guppuldatdı, sonra tamam başqa səbəbə görə zıppıldatdı, indi də toya dəvət edilmədiyi üçün cırtıldadıb.
Adamın 1 öğlu var və ora ürəyi istədiyi, yaxın bildiyi adamları çağırır. Bunu da nəzərə alaq ki, son dövrlərdə salam verdiyi, domino oynadığı, təsadüfən metroda əvəzinə gediş haqqı ödədiyi insanları toya dəvət edənləri çox görmüşük. Fərasət müəllim hər salam verdiyi, tanıdığı ekspert və ya QHT sədrini toyuna dəvət edəcək insan deyil. Yüksək etika və mədəniyyətə malikdir. Etibar Əliyev dəxli olmayan yerdə Şura haqda bilmədiyi, anlamadığı, xəbəri olmadığı şeyləri yazır. Olsun, şəxsi fikridir də. Amma məhz bu səbəbdən, toya dəvət olunmadığı üçün Şura haqda nəsə yazması həm etikadan kənardı, həm ən yaxşı halda qələmdən (indiki halda klaviatura və like xəstəliyi) sui-istifadədir. Başqa ibarələr də yazmaq olardı. Sadəcə haqq-salamımız var. Məncə, Etibar Əliyev toya dəvət olunmamasını açıq yazıb, Fərasət müəllimdən səbəbini soruşsaydı daha avsanalı, ləyaqətli olardı, nəinki belə. Bir də bu cür yanaşma kənardan heç yaxşı görünmür.

Xeyli xəcalət çəkdim. Düşdüyümüz bu duruma, qələmin süngərə çevrilməsinə və dostların hər şeyin üstündən xətt çəkməsinə!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.