29 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur

19-11-2019, 16:34           
29 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur
““Azəristiliktəchizat”la “Azəriqaz” İstehsalat Birliyi arasında 29 milyonluq borcu dövlət tənzimləyəcək”.

Bunu Cebhe.info-ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, sözügedən problem iki qurum və dövlət tərəfindən yoluna qoyulacaq:

“Hər iki qurum rəhbərləri vətəndaşlarımızın istiliklə təminatı və xidməti üçün razılaşdılar. Həm onların, həm də bizim mövqeyimiz budur ki, iki dövlət təşkilatı arasında olan borc məsələsindən vətəndaşlarımız əziyyət çəkməməlidir. Hökumət hər hansı bir şəkildə bu məsələni tənzimləyəcək. Bu baxımdan, borcun ödənilməsi ilə bağlı “Azərqaz”ın bizə hər hansı müddət verilməsindən söhbət getmir. Bütün qazanxanaların qaz təchizatı tam bərpa olunub və hamısı fəaliyyət göstərir”.

Qeyd edək ki, noyabrın 1-nə olan məlumata görə, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan artıq borcu var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.