“EuroHome”un sahibindən açıqlama - "Bazar tezliklə bərpa olunacaq..." - VİDEO

13-12-2019, 09:57           
“EuroHome”un sahibindən açıqlama - "Bazar tezliklə bərpa olunacaq..." - VİDEO
“Bizim mövqeyimiz yanğından ziyan çəkmiş kirayəçilərin minimum zərər ilə bu problemdən çıxamalarıdır”.

Teref.az Baku.TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə güclü yanğın hadisəsinin baş verdiyi “EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bildirib.

Azay Möhnətov, “Başqa sahələrimizdə icarədarları yerləşdirmək üçün dükanlarımız var. İcarədarları tezliklə yerləşdirəcəyik”,- deyib.

O, “Kompensasiya olacaq?” sualına, “Kompensasiyanı bilmirəm. Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.

Azay Möhnətov bildirib ki, obyektin sığortalanmadığı barədə deyilənlər doğru deyil:

“Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin kopyalarını əldə etməyə çalışırıq. Axşam bütün kopyalar əlimizdə olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru