Bazarlarda meyvələrin qiyməti “od tutub yanır” – Siyahı

5-07-2020, 14:15           
Bazarlarda meyvələrin qiyməti “od tutub yanır” – Siyahı
Azərbaycanda mövsümi meyvələrinin qiymətində bahalıq müşahidə olunur. Reportyor.info-nun İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, bazarlarda qiymətlər “od tutub yanır” və insanlar haqlı narazılıq edirlər.
Hazırda mövsüm meyvələrindən gilasın kilosu 2-3 manat, çiyələk 3 manat, ərik 3, 40 – 4 manatdır. Bundan başqa, armud 1 – 1, 50 manat, gilənar 3-6 manat, şaftalı 3-8 manatdır.
Sosial vəziyyətin gərginləşdiyi bir dövrdə meyvələrə tamarzı qalan vətəndaş nəfsini öldürmək üçün hər meyvədən bir ovuc almaqla kifayətlənir.


Bəzi ekspertlər deyirlər ki, bahalığın səbəblərindən biri topdansatış şirkətləridir. Belə ki, məhsullar topdansatış şirkətlərinə verilir, buradan pərakəndə satışa çıxır. Pərakəndə satışda da bazarlar, dükanlar öz artımlarını əlavə edərək satırlar. Beləliklə, qiymət bahalığı yaranır.
Bazarlarda qiymətlərin tənzimlənməsi və məhsuldarlığın artması ilə bağlı nə Kənd Təsərrüfatı Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti hər hansı addım atır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.