Bu şəxslərin də icazəsi ləğv edildi - FOTO

6-07-2020, 00:02           
Bu şəxslərin də icazəsi ləğv edildi - FOTO
“Sumqayıt Plaza Hotel”in işçi heyətinin hotelə işə gəlib-getməsi ilə bağlı icazəyə xitam verilib.

Bu barədə hotelin administratoru Rahib İsmixanov sosial şəbəkə hesabında məlumat verib.

“Dostlar, bir aydan coxdur ki, “Sumgayit Plaza Hotel”də COVID-19-a yoluxmuş xəstələrlə işləyən həkimlər qalır və bu günə qədər bu həkimlərə xidmət edən işci heyətinə işə gəlib getməklə bağlı rəsmi olaraq icazə verə bilirdik.

Bu gündən (5 iyun 2020-ci il – red.) etibarən icazələr ləğv olundu və rəsmi olaraq məktub gəlib ki, bizim sahə işləməyə icazəsi olan sahələrə aid deyil.

Burdan belə anlaşılır ki otelin qapısını bağlamalıyıq. Bəs onda Sumqayıt şəhəri üzrə pandemiya ilə mübarizə aparan tibb işçilərini hara göndərək?”, - deyə o bildirib.Oxu.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.