Nüfuzlu dünya universitetlərdə distant təhsil, yoxsa bahalı Azərbaycan ali məktəbləri? – AÇIQLAMA

9-07-2020, 16:59           
Nüfuzlu dünya universitetlərdə distant təhsil, yoxsa bahalı Azərbaycan ali məktəbləri? – AÇIQLAMA


Nüfuzlu dünya universitetlərdə distant təhsil, yoxsa bahalı Azərbaycan ali məktəbləri? – AÇIQLAMA
Tarix: Bu gün, 14:46 | Çap et
Nüfuzlu dünya universitetlərdə distant təhsil, yoxsa bahalı Azərbaycan ali məktəbləri?
“Azərbaycanda ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqı ən azı ölkəmiz üçün əlçatan olan xarici ölkələrin təhsil haqından qat-qat çoxdur”.

Bu barədə Cebhe.info-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu ölkədən tələbə axınının güclənməsinə səbəb olacaq:

“Məsələnin əsas tərəfi də odur ki, yüksək təhsil haqlarının olmasına rəğmən Azərbaycanın ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlaya bilmir. Hazırda 30-dan çox ali məktəb pedoqoji kadr hazırlayır, amma həmin kadrlar əlavə kurslara getmədən müəlimlərin işə qəbulu imtahanlarından keçə bilmirlər. “Təhsil haqqında” Qanunda da yazılır ki, dövlət təhsil müəssisələri mənfəət güdməməlidirlər. Çünki büdcədən təhsilə kifayət qədər pul ayrılır. Ali təhsil müəssisələrinin əsas gəliri elmi araşdırmalardan, müxtəlif layihələrdən, digər təhsil xidmətlərindən gələn gəlirlər olmalıdır.

29 il ərzində heç bir ali məktəb, eləcə də 10 ali təhsil müəssisəsinin xərci çəkilən Elmlər Akademiyası bir fundamental elmi araşdırmaya imza atmayıb. Amma xaricdə təhsil müəssisələrində çalışan azərbaycanlılar elmi kəşflərə imza atırlar. Sadə insanların vergisi əsasında formalaşan xərclər boş-boşuna xərclənir. Əlavə olaraq ali təhsil müəssisələri xalqın cibini soyurlar. Hazırda hər 100 təhsil alandan 70 nəfəri ödənişli əsaslarla təhsil alır. Heç bir fundamental təhsil almadan, yalnız bir diplom almaq üçün vətəndaşlar külli miqdarda vəsait xərcləyir, amma bundan sonra da kurslara getməyə məcbur olur. Qanuna görə də ödənişli təhsildən gələn gəlir təhsil alan və təhsil verənənlərin sosial müdafiəsinə və təhsil layihələrinə yönələ bilər. Amma baxaq görək, ölkənin hansı rektorunun böyük biznesi yoxdur”.

Dünyanın artıq yeni sistemə, məsafədən təhsilə keçdiyini qeyd edən təhsil eksperti deyir ki, illərdir ki, bununla bağlı addımlar atılmır:

“Rusiyada 1997-ci ildə distant təhsilin həyata keçirilməsi ilə bağlı qanun qəbul edilib. Azərbaycanda distant təhsil almanın hüquqi əsası belə yoxdur. Təhsil Nazirliyinin tətbiq etdiyi “Virtual məktəb”-in mahiyyətinin nə olması mənə məlum deyil. Ölkənin 150 min müəlliminin kiçik bir hissəsi burada sadəcə qeydiyyatdan keçib, heç 10 faizi dərs keçmir. Hazırda biz dünya ilə üz-üzə gəlmişik. Gələcəkdə təhsil haqlarını bahalaşdırılan ali təhsil müəssisələri dünyanın aparıcı universitetləri ilə distant təhsillə bağlı necə rəqabət aparacaq? İstər hökumət, istərsə də Təhsil Nazirliyi distant təhsillə bağlı verilmiş diplomları tanımaq məcburiyyətində qalacaq. 1,2 il müqavimət göstərə bilərlər, axına qarşı gedə bilməzlər.

Gələcəkdə distant təhsillə bağlı verilmiş diplomlar tanındıqdan sonra sabah hansı “ağıllı” heç bir təhsil verməyən ali məktəblərimizdə distant təhsil alar. Təbii ki, dünyanın aparıcı universitetlərinin məzunu olmağa üstünlük veriləcək. Dünyanın aparıcı təhsil müəssisələrində təhsil haqları minimuma endiyi zaman Azərbaycan ali təhsil müəssisələri boş qalacaq. Azərbaycan ali təhsil sisteminin nə qədər çökdüyünü onda görəcəyik. O gün də uzaqda deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.