General Sahib Mirzəyevdə təqaüdə göndərildi- DİN-də dəyişiklik davam edir...

11-07-2020, 12:09           
General Sahib Mirzəyevdə təqaüdə göndərildi- DİN-də dəyişiklik davam edir...
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda islahatları davam etdirir.
Teref.az “Report”a istinadla xəbər verir ki, nazirin əmriylə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad edilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a faktı təsdiqləyərək, generalın xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyini bildiriblər.

Ovqat.com xatırladır ki, 1957-ci ildə anadan olan Sahib Mirzəyev 1979-cu ildən daxili işlər orqanlarında xidmət keçib, əvvəllər Bakının Nizami, Nəsimi rayonlarının, İnterpolun Milli Bürosunun, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifələrini tutub. 2015-ci ildənsə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru