Qiymət dəyişməyəcək, amma tikilmir də: Məktəbli formaları ilə bağlı müəmma yaranıb

12-07-2020, 00:02           
Qiymət dəyişməyəcək, amma tikilmir də:
"Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik"

Bakı Tikiş Evi (BTE) məktəbli formasının tikilməsi üçün yeni tədris ilinin başlanması ilə bağlı veriləcək qərarı gözləyir. Bu barədə Sputnik Azərbaycan-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O, deyib ki, hazırda anbarda və mağazalarında məktəbli formaları var. Amma yeni məktəbli formaları hələlik tikilmir. Buna səbəb isə pandemiya ilə bağlı dərslərin başlanma vaxtının qeyri-müəyyən qalmasıdır: "Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik. Bu barədə qərar verilən kimi biz məktəbli formalarının istehsalına start verəcəyik. Bunun üçün xammal da var, işçi qüvvəsi də".

E. Əzimov məktəbli formalarının qiymətində bu il hər hansı dəyişikliyin edilməyəcəyini də bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru