Yaşayış evimizi qanunsuz sökmüş vəzifəli şəxslərin axtarıb tapılması və ailəmizə qanunsuz olaraq vurulmuş maddi zərərin Qusar RİHB-sı Şair Alxasov hesabına ödətdirilməsi.

2-08-2020, 11:48           
Yaşayış evimizi qanunsuz sökmüş vəzifəli şəxslərin axtarıb tapılması və ailəmizə qanunsuz olaraq vurulmuş maddi zərərin Qusar RİHB-sı Şair Alxasov hesabına ödətdirilməsi.

Aərbaycan Respublikasının prezdenti
Hörmətli,
İlham Əliyev
Cənablarına
Tədbir görülməsi üçün : Azərbaycan Respublikasının Baş prokuroru
Hörmətli,
Kamran Əliyev
cənablarına

Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, üç övlad atası, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
Ə R İ Z Ə əlaqə : 070. 7101821
Hörmətli cənab prezdent !
1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim yaşayış evimiz, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlığ edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimizdən almaq niyyətilə, hətta, söküntü vaxtı iştirakım təmin olunmadan, 02.06.2010-cu il tarixdə Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında, İH-in vəzifəli şəxslərin rəhbərliyi ilə ekskavatorla dağıdılaraq, bütün əmlakımız qəsdən məhv edilməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaradılmaqla cinayət tərkibli hərəkət edilmişdir. 11 il ərzində yaşayış evimizi məhkəmənin qərarı olmadan, qanunsuz sökdürmüş vəzifəli şəxslər axtarıb tapılmaqla, onlar barəsində cinayət işlərin başlanması barədə qərarlar qəbul edilməmişdir.
Sizə və Azərbaycan Respublikasının bütün Dövlət organlarına rəsmi müraciət etməkdən « KOR « OLMUŞAM. Hal-hzıra qədər, 11 il ərzində , şüurlu olaraq, vəzifə səlahiyyətləridən sui istifadə edilməklə, vəzifə səlahiyyətlərini aşmaqla, ailəmizə vurulmuş maddi zərərə görə Qusar RİHB-sı Şair Alxasov tərəfindən kompensasiya ödəcəyinə dəfələrlə söz verilməsinə baxmayaraq ,hal- hazıra qədər ailəmizə kompensasiya ödənilməmişdir.
Qusar RİHB-sı Şair Alxasov barəsində qanunamüvafiq tədbirlərin görülməsi və ailəmizə qanunsuz olaraq vurulmuş zərərə görə kompensasiyanın Şair Alxasov hesabına ödətdirilməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə dönə xahiş edirəm.
Ərizənin surəti məlumat üçün Qusar rayon prokurorluğuna göndərilir.
Qusar şəhər sakini Hacımirzə Ağamirzəyev.
Hörmətli cənab prezdent !
Yaşayış evimizi qanunsuz sökdürməklə, bütün əmlakımızı qəsdən məhv etdirmiş vəzifəli şəxslərin axtarıb tapılması, ailəmizə qanunsuz olaraq vurulmuş maddi zərərin ödənilməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!~
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.