9 yaşında girovluq taleyi yaşayan kəlbəcərli qadına sahib duran yoxdur

2-08-2020, 12:02           
9 yaşında girovluq taleyi yaşayan kəlbəcərli qadına sahib duran yoxdur
9 yaşında ermənilər tərəfindən girov götürülən Kəlbəcərli qadın İlhamə Qasımova Bakıda yaşamağa yer tapmır.

İlhamə Qasımova əslən Kəlbəcər rayonunun Günəşli (Kilsəli) kəndindəndir. İlhamə Qasımova Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunan zaman 9 yaşında girov götürülüb. Beynəlxalq təşkilatların vastəçiliyi ilə girovluqdan azad olan İlhamə Qasımova hazırda Bakı şəhəri Türkan qəsəbəsində çox ağır şərtlər altında kirayadə yaşayır.

Həyatı acınacaqlı illərlə keçən qadın haqda “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin təsisçilərindən olan Ramiz Abışov məlumat verərək, Kəlbəcər Rayon İcra Hakimiyyətindən və Kəlbəcər dairəsindən deputat olan Aqil Məmmədovdan İlhamə Qasımovaya dəstək olmağı xahiş edir:

“1993-ci ildə Kəlbəcərin işğalı zamanı əsir düşmüş İlhamə Qasımovanın Bakı şəhərinin Türkan qəsəbəsində yaşadığı acınacaqlı həyat mənə bir Azərbaycan vətəndaşı kimi çox pis təsir etdi. İlhamə Qasımovanın övladı xəstədir, maddi imkanı olmadığı üçün övladını müalicə etdirə bilmir. İlhamə Qasımova bildirir ki, məcburi köçkün olsa da, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onu bir otaqlı mənzillə də təmin etmir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, müraciətinə baxan yoxdur.

Mən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısından və millət vəkili Aqil Məmmədovdan xahiş edirəm ki, Kəlbəcərdən olan çarəsiz qadının mənzil ilə təmin olunmasına kömək etsinlər”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.