Məşhur "İsti su" bulaqları baxımsız qalıb - VİDEO

3-08-2020, 15:38           
Məşhur "İsti su" bulaqları baxımsız qalıb - VİDEO
Bura Babazənan dağlarıdır. Dağların zümrüd, göz oxşayan meşələri olmasa da, insan sağlamlığı üçün olduqca faydalı olan isti suları, şır-şır bulaqları var. Əsrlərdir ki, dağın ətəklərində bu isti sular, bulaqlar qaynayaraq üzə çıxır, insanlar da bundan yetərincə faydalanırlar. Hələ görkəmli alman alimi, Vilhelem German Abex 1860-cı ildə Salyana səfəri zamanı rayondakı isti sularla maraqlanıb, onun kimyəvi tərkibini öyrənib. Məlum olub ki, Babazənan dağlarında olan isti suların tərkibi çox zəngindir, hətta Avropanın ən məşhur- Karlovi Varı kurortunun suyundan heç də geri qalmır. Şəfa tapmaq üçün təkcə bura yerli sakinlər, ətraf bölgələrdən deyil, hətta bir sıra xarici ölkələrdən də gələnlər olur. Bura üz tutanların demək olar ki, əksəriyyəti şəfa tapır, sağlamlığı özünə qayıdır.

Baku.tv xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar 3-4 gün vanna qəbul etdikdən sonra isti suların müalicəvi əhəmiyyətini hiss edirlər. Radikulit, revmatizm, xüsusilə də qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün bu isti sular əvəzsiz bir nemətdir. Hələ həddən artıq duzlu olan “Şır-şır”bulağını demirik. Bulaqdakı hidrogen-sulfid qazı dəri xəstəlikləri ilə yanaşı şişxassəli xəstəlikləri törədən ağır metalları belə bədəndən çıxarır. İsti suların baxımsız qalması isə şəfa tapmaq üçün bura üz tutanları daha çox narahat edir.

Mütəxəssislər hesab edir ki, sözügedən ərazidə turizmi inkişaf etdirmək üçün potensial imkanlar var. Yetər ki, buna həvəs, istək olsun!













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.