DİM-in təşkil etdiyi buraxılış imtahanlarından narazılıq edənlərin sayı getdikcə artır - ŞİKAYƏT

3-08-2020, 16:03           
DİM-in təşkil etdiyi buraxılış imtahanlarından narazılıq edənlərin sayı getdikcə artır - ŞİKAYƏT
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarından narazılıq edənlərin sayı getdikcə artır.

KONKRET.az-ın redaksiyasına bununla bağlı müraciət edənlər haqlı olaraq sualların getdikcə çətinləşdirildiyini və digər problemllərin yarandığını diqqətə çatdırıb.

Gəncə şəhərində yaşayan Günay Kazımova adlı valideyn saytımıza ünvanladığı mətbubda bunları bildirib:

“Hörmətli redaksiya! Mən Gəncə şəhərində yaşayıram. Valideyn olaraq sizə müraciət etməkdə məqsədim 30 iyul tarixinde DİM-in təşkil etdiyi buraxılış imtahanında yol verilən haqsızlığa göz yuma bilməməyimdir. Nəinki öz adımdan, imtahandan narazı olan bütün valideynler adından bunları yazıram. Riyyaziyat fənnindən salınmış suallar buraxılış yox, olimpiada sualları səviyyəsində idi. İngilis dilindən dinləmə aparatları isə olduqca bərbad işləyirdi. Xışıltılı və ya səs çox ucadan olduğundan məzunlar üçün ciddi çətinliklər yaranıb. Təkrar dinləmə şansları da olmayıb.

Onsuz da karantində repetitorlara gedə bilmyən məzunlar üçün bu imtahan ağır keçib. Riyaziyyat fənnindən keçirilen onlayn dərslərin nəticəsi nə dərəcədə dogrudur?! Pedaqoq ve psixoloqlar bu barədə məlumat versələr, çox məqsədəuyğun olar. Bəlkə biz düzgün basa düşməmişik?!

Onun nəticəsində də bu qədər çətin salınmış uşaqların psixikasına blok imtahanlarındakı sualların daha çətin düşəcəyi stressini təsəvvür edə bilirsinizmi?

Çox xahis edirəm, bu şikayətimizi bəlkə siz işıqlandırıb lazımi qurumlara səsimizi çatdırasınız.

Ya blok imtahanında suallar asanlaşdırılsın. Ya da 30 iyul tarixində keçirilmiş imtahanda riyyaziyyat fənnindən səhv yazılmış cavablar düzgün variant kimi hesablansın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.