2020-ci ildə Amazon korporasiyasının 7.2 milyard dollardan çox səhmi satılıb

6-08-2020, 08:16           
2020-ci ildə Amazon korporasiyasının 7.2 milyard dollardan çox səhmi satılıb
Amazon şirkətinin rəhbəri Cef Bezos bu həftə korporasiyasının 3,1 milyard dollardan çox səhmlərini sata bilib.

Trend-in məlumatına görə, xəbər ABŞ-ın Qiymətli kağızlar və birja komissiyasına göndərilən bildirişlər əsasında verilib.

Sənədlərə əsasən Bezos daha əvvəl bu il "Amazon"un 4,1 milyard dollardan çox qiymətli kağızların satmağa nail olub. Bu həftənin məlumatı nəzərə alınsa yer üzündəki ən varlı insan səhm satışında 7,2 milyard dollardan çox qazanc əldə edib və korporasiyanın 170 milyard dollardan çox dəyəri olan 54 milyon səhminə sahibdir.

Bildirilir ki, "Amazon" ikinci rübdə 88.9 milyard dollar gəlir əldə edib, mənfəət 5.2 milyard dollar (və ya hər səhm üçün 10.30 dollar) təşkil edib. Bu rəqəm 2019-cu ilin ikinci rübünün nəticələri ilə müqayisədə 40% artıb - o zaman gəlir 63.4 milyard dollar təşkil edib, mənfəət isə 2,6 milyard dollar (və ya hər səhm üçün 5,22 dollar) olub.

"Amazon" internet vasitəsi ilə mal və xidmətlər satan dünyanın ən böyük korporasiyadır. 1994-cü ildə Cef Bezos tərəfindən təsis edilib. Şirkətin bazar kapitallaşması hazırda təxminən 1,52 trilyon dollar dəyərində qiymətləndirilir. Bloomberg-in məlumatında Cef Bezosun hazırda dünyanın ən varlı adamı olduğu bildirilir. Onun sərvəti təxminən 180 milyard dollar dəyərində qiymətləndirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.